Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:09

Cabbar Savalanlının məhkəməsi aprelin 29-na təyin olundu


Aprelin 22-də Sumqayıt məhkəməsində AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanın işi üzrə hazırlıq iclası keçirilib. Cabbar Savalanlının vəkillərindən biri Anar Qasımlı hazırlıq iclasında əvvəlcə vəsatət qaldırıb ki, ekspertiza rəyi ziddiyyətli olduğundan, Cabbar Savalanlının narkotik istifadəçisi olub-olmadığına ibtidai istintaq zamanı tam aydınlıq gətirilmədiyindən iş materialları ibtidai istintaqa qaytarılsın. Hakim İlqar Məmmədov vəsatəti təmin etməyib. Vəkil digər vəsatətlərində Cabbar Savalanlının ilkin etirafedici ifadəsinin, ekspertiza rəyinin, hal şahidlərinin ifadələrinin sübutlar siyahısından çıxarılmasını, Cabbar Savalanlı barədə ibtidai istintaq zamanı seçilmiş həbsin müddətinin aprelin 5-də bitdiyi və həbs müddətinin uzadılması ilə bağlı qərar olmadığı üçün onun azadlığa buraxılmasını xahiş edib. Hakim qısa müşavirədən sonra həmin vəsatətlərin də təmin olunmadığı barədə qərarı elan edib. Məhkəmə baxışı aprelin 29-na təyin edilib.

Cabbar Savalanlı bu il fevralın 5-də Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

İdarədə onun üzərinə baxış zamanı 0,74 qram tiryək aşkar edilib. Cabbar Savalanlıya Cinayət Məcəlləsinin qanunsuz narkotik əldə edib, saxlama maddəsiylə cinayət işi başlanıb. Fevralın 7-də isə barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

İttihamın saxta olduğunu bildirən müdafiə tərəfi Cabbar Savalanlın həbsini onun siyasi fəaliyyəti ilə bağlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG