Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 03:14

Prezidentin gənclərlə görüşü, BP-yə sərt ittiham və rəis müavinin dedikləri...


Mətbuat icmalı
Mətbuat icmalı
«Yeni Müsavat» qəzeti Nəsimi rayon Polis İdarəsinin rəis müavini Süleyman Nemətovla müsahibə götürüb. Qəzet yazır ki, mətbuatda onun aksiya iştirakçılarına qarşı şəxsən zorakılıq etməsi barədə məlumatlar dərc olunub. O, işgəncə verməsiylə bağlı deyilənləri təkzib edib.

- Bunlara Daxili İşlər Nazirliyinin mətbuat xidməti cavab verib. Mən də deyirəm ki, bu, özünümüdafiə, şər və böhtan xarakterli fikirlərdir, çalışqan polis zabitinə atılan ləkədir. Mən bunların hamısını təkzib edirəm, yalandır, böhtandır. Düşünürəm ki, onlar özlərini reklam edirlər. Mən belə düşünürəm.

- Bir foto yayılıb, həmin fotoda...

- İndi hər bir fotoda, sözünü kəsdiyim üçün bağışla, hər cür fotomontaj etmək mümkündür.

- Videolar da var axı?

- ...

- Mitinqlərdən sonra mətbuatda barənizdə «işgəncələr kralı» kimi ifadələr işlədilib. Buna münasibətiniz necədir?

- Bu, mənim üçün təhqirdir. Düşünən adam olsa, həmin sözü deməz. Həmin adamlar özlərini reklam üçün belə deyirlər.

«BAKIDAN BRİTANİYA ŞİRKƏTİNƏ SƏRT İTTİHAMLAR»

«Bizim yol» qəzeti yazır ki, Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev BP-ni Azərbaycan vətəndaşlarına qarşı qeyri-insani rəftarda ittiham edir. S.Mehbalıyevsə jurnalistlərə deyib:

«Azərbaycanda fəaliyyət göstərən bəzi transmilli şirkətlər işçiləri istismar edir. Həmin işçilərin sosial durumunun yaxşılaşdırılması üçün iş görülmür. BP və digər transmilli şirkətlər bir çox hallarda Azərbaycan vətəndaşları olan işçilərlə qeyri-insani rəftar edir. Bunun nəticəsində onların əmək hüquqlarını pozur. Yerli işçilərlə xaricdən gətirilənlərin əməkhaqqılarında da ciddi fərq var».

Qəzet yazır ki, S.Mehbalıyevin indiki məqamda Qərb şirkətlərini ittiham etməsi təsadüfi görünmür:

«Mitinqlərin dağıdılmasına görə beynəlxalq təşkilatların Azərbaycan hakimiyyətini sərt tənqid etməsi rəsmi Bakının narazılığına səbəb olub. Azərbaycan rəsmiləri müxtəlif səviyyələrdə Qərb təsisatlarının ünvanına ittihamlar səsləndirirlər. S.Mehbalıyevin çıxışı da bu kampaniyanın tərkib hissəsi kimi qəbul oluna bilər».

«BƏRDƏNİN VƏZİFƏLİ ŞƏXSLƏRİ İSTİNTAQA CƏLB OLUNA BİLƏR»

«Azadlıq» qəzeti yazır: «Bu rayonda məmur özbaşınalığı üzündən Camaləddin Paşayevin özünü yandırmasıyla əlaqədar cinayət işi başlanıb.
Paşayevlər ailəsi uzun müddətdir ki, rayon Sosial Müdafiə Mərkəzində süründürməçiliyə məruz qalıb. Sonuncu dəfə 3 uşağı ilə idarəyə gələn Camaləddin Paşayevə «yox» cavabı verilib. Bundan sonra o özünü yandırıb. Onun vəziyyəti ağırdır.

Hadisədən təşvişə düşən Bərdə rəhbərliyi Paşayevin xəstəxana xərclərini ödəyəcək».

GƏNCLƏRİN XARİCDƏ TƏHSİL ALMASI ÜÇÜN ƏLAVƏ TƏDBİRLƏR GÖRÜLƏCƏK

«Azərbaycan» qəzeti
prezident İlham Əliyevin aprelin 21-də müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənc və tələbə gənclər təşkilatlarının nümayəndələriylə görüşündən yazır.

«Azərbaycanda texniki peşə təhsilinin təkmilləşdirilməsi ilə bağlı böyük işlər görməyin zəruriliyini vurğulayan Prezident İlham Əliyev orta və ali təhsillə bağlı məsələlərin həlli istiqamətində ölkəmizdə irəliyə doğru addımlar atıldığını qeyd etdi, bu sahədə görüləsi işlərin hələ çox olduğunu bildirərək dedi:

- Azərbaycanda təhsilin səviyyəsinin qaldırılması üçün əlavə konkret addımlar atılmalıdır. Hesab edirəm ki, bu məsələlər proqramda da öz əksini tapmalıdır. Baxmayaraq ki, bu məsələlər təhsil sahəsinə aiddir. Amma təhsil sahəsi ilk növbədə gənclərlə bağlıdır və gənclərimizin xaricdə təhsil alması üçün əlavə tədbirlər görüləcəkdir. Biz ölkəmizin inkişaf perspektivlərini yaxşı bilirik. Biz ölkə iqtisadiyyatının inkişaf istiqamətlərini bilirik. Kadrların hazırlanması ölkənin ümumi iqtisadi inkişafı ilə bağlı olmalıdır».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG