Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:42

İ. Əliyev: «Gənclər ölkəmizin ictimai, siyasi, iqtisadi həyatında fəal rol oynayırlar»


İlham Əliyev
«İşsizlik problemi var, bu problem bizi narahat edir».

Aprelin 21-də bir qrup gənclə görüşən prezident İlham Əliyev belə deyib.

Dövlət başçısı aprelin əvvəlində «Azərbaycan gəncliyi Dövlət Proqramı haqqında» sərəncam imzaladığını xatırladıb:

«Prezident Administrasiyasına tapşırıq verilib ki, iki ay müddətində dövlət proqramının layihəsi hazırlansın və mənə təqdim edilsin. Proqramın hazırlanması ilə bağlı işçi qrupu yaradılıb. İşçi qrupu fəal işləməlidir ki, biz konkret proqramı qəbul edək.

Bu proqram 2011-2015-ci illəri əhatə etməli, çox konkret olmalı, çox dəqiq vəzifələr qoyulmalıdır. Əlbəttə, orada icra mexanizmləri göstərilməlidir ki, sadəcə olaraq hansısa xoş niyyətin ifadə edilməsi üçün deyil, konkret nəticələrə gətirib çıxarsın».

İlham Əliyevin fikrincə, proqramda ilk növbədə gənclərin məşğulluğu məsələləri öz həllini tapmalıdır:

«Son illərdə ölkəmizdə işsizliyin aradan qaldırılması üçün böyük işlər görülüb, yüz minlərlə yeni iş yeri, yeni müəssisələr açılıb. Ancaq yenə də işsizlik problemi var, bu problem bizi narahat edir. Biz elə etməliyik ki, işsizliyin aradan qaldırılması üçün daha da fəal olaq.

Prezident deyib ki, Azərbaycanda təhsilin səviyyəsinin qaldırılması üçün əlavə konkret addımlar atılmalıdır:

«Bu məsələlər proqramda da öz əksini tapmalıdır. Baxmayaraq ki, bu məsələlər təhsil sahəsinə aiddir. Amma təhsil sahəsi ilk növbədə gənclərlə bağlıdır və gənclərimizin xaricdə təhsil alması üçün əlavə tədbirlər görüləcək. Biz ölkəmizin inkişaf perspektivlərini yaxşı bilirik. Biz ölkə iqtisadiyyatının inkişaf istiqamətlərini bilirik. Kadrların hazırlanması ölkənin ümumi iqtisadi inkişafı ilə bağlı olmalıdır».

Dövlət başçısı hərbi hazırlıqla bağlı məsələlərin də proqramda yer alacağını qeyd edib:

«Biz müharibə şəraitində yaşayırıq və torpaqlarımız işğal altındadır. Biz hər an hazır olmalıyıq ki, torpaqlarımızı azad edək, ərazi bütövlüyümüzü bərpa edək. Biz bu məsələni diplomatik yollarla həll etməyə çalışırıq. Ancaq bununla bərabər hərbi potensialımız o cümlədən diplomatik danışıqlara da müsbət təsir göstərir və biz artıq bunun şahidiyik». /Media Forum/

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG