Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:45
"Nobel" mükafatı laureatı, məşhur türk yazıçısı Orxan Pamukun “Bəyaz Qala” romanı Azərbaycan türkcəsinə çevrilərək nəşr olunub.

Bu barədə "Oxu zalı"na kitabın tərcüməçisi Fərid Hüseyn məlumat verib.


Kitabın redaktoru isə Xeybər Göyallıdır. 500 tirajla nəşr edilən kitab 153 səhifədən ibarətdir.

“Bəyaz Qala” romanı Türkiyədə O. Pamukun ən çox satılan kitablarındandır.

13 dilə çevrilən bu kitab O.Pamuku dünyada tanıdan ilk əsərdir. Kitab şəhərin bütün kitab mağazalarında satışdadır.

Fərid Hüseynin çevirməsində ötən il O.Pamukun “Yeni Həyat” romanı nəşr olunmuşdu.

2012-ci ilin yanvar ayında O. Pamukun daha bir kitabının, ”Mənzərədən Parçalar”ın da nəşri nəzərdə tutulub ki, artıq bu kitabın da çevrilməsi prosesi yekunlaşmaq üzrədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG