Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:57

Gaddafi xalqına qarşı kaset bombalardan istifadə edə bilər


Məlumatlara görə, Gaddafiyə sadiq qüvvələr mülki şəxslərə qarşı kaset bombalarından istifadə edə bilər.

Bunu ABŞ Dövlət katibi Hillari Clinton bildirib.

Hillari Clinton bu silahın 100-dən çox ölkədə qadağan olduğunu vurğulayıb.

Liviya hakimiyyəti isə döyüşlərdə bu cür bombalardan istifadə olunmadığını deyir.

Hillari Clinton həmçinin azı iki jurnalist də daxil olmaqla Liviyada həbsdə olan ABŞ vətəndaşlarının təcili azad olunmasını tələb edib.

7 həfdədir ki, Gaddafi qüvvələrinin mühasirəsində olan Misrata şəhərində döyüşlər davam edir.

Yüzlərlə adamın öldüyü xəbər verilir.

Üsyançıların Tunislə sərhəddəki Vazin sərhəd məntəqəsini ələ keçirdikləri xəbər verilir.
XS
SM
MD
LG