Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:39
Qəvvasi-bəvahiri-rəvayət,
Səyyahi-bəvadiyi-hekayət
Dəryayi-rəvayəti üzəndə,
Səhrayi-hekayəti gəzəndə
Düzmüş bu nizam ilən göhərlər,
Vermiş bu əda ilən xəbərlər
Kim, var idi bir xücəstəsima,
İdrakı tamam, təb'i qərra.
Əşya təkəllümündən arif,
Hər əlsinədən olurdu vaqif.
Bir gün ki, şəhi-sipehri-rabe'
Tiğini Həməldə qıldı lame',
Təsxiri-Həməl qılan zamanda,
Xuni-Həməl axıdan zamanda,
Hər səbzəgəhə güzər edəndə,
Bir tövr ilə dövr edib zəmanə,
Bir özgə fəza yetib cəhanə,
Əbvabi-xəyal olundu meftuh,
Əmvati-nəbatə yetdi çün ruh.
Çün məşvü nüma bulub çəmənlər,
Çak etdi nəbat pirəhənlər,
Mey neş'ə ilə əyağ çəkdi,
Lalə cigərinə dağ çəkdi.
Nərgis ki, göz açdı bağə girdi,
Bir baxmaq ilən özün itirdi.
Kəcgərdən olub bənövşəyi-zar,
Bir nəş'əyi-meylə oldu xummar.
Qönçə yaxasını eylədi çak,
Bülbül baxuban olub fərəhnak.
Bağ İçrə açıldı qırmızı gül,
Başladı əninü nale bülbül.
Əlqissə, fəzalanıb çəmənlər,
Xoş, tazə geyindi yasəmənlər.

Seyr etmək üçün o pakdamən
Tutdu rəhi-bağü tərfi-gülşən.
Bir bağə güzər edən zamanda,
Hər meyvəyə bir nəzər qılanda
Gördü ki, fəvakihü səmərlər
Öz-özünə iftixar edərlər.
Aluçə edərdi şükri-səttar
Kim,
- Mən kimi xoş cahanda kim var?
Təblərzəyə mən şəfa verirəm,
Təlxiyyi-fəmə səfa verirəm.
Əklimdən olur baş ağrısı dur,
Demiş hükəma bu sözü cümhur.
Ol sözünü axıra yetirdi,
Xişmindən Alu özün itirdi,
Aluçəyə söylədi ki:
- Ey zar!
Fəxr eyləmə, eyləməzmisən ar?
Kim turş, dəxi zəlilsən sən,
Əsmar ara əlilsən sən!
Əklində sənin qamaşı dişlər,
Xoş təb'lərə rütubət işlər.
İflicəvü küft cümlə azar
Səni yeyənə olur səzavar.
Ol qadiri-bimisalü həmta
Aluyə məni qılıb müsəmma.
Çün dürri-qələndəri bəguşəm,
Yüz min tərəfə saçıldı xuşəm.
Gəh səbzəvü gah ərğəvani,
Gəh sürxü səfid, zə'fərani.
Onun səsini Gilas eşitdi,
Bu zərb ilə ona tə'nə etdi:
- Key nakəsü dun, utanmadınmı?
Azərm oduna yanmadınmı?
Kənduzini bunca vəsf etdin,
Qurtar sözünü ki, həddən ötdün!

Hər kim səni yesə etməz əhlal,
Gündə gərək ona üç kərə bal.
Ol dəm ki, məni Həq etdi zahir,
Verdi tənimə libasi-faxir,
Rəxtim kİmi yoxdu hiç cövhər,
Cismim kimi yoxdu hiç gövhər.
Gəh Zöhrəvü gah Müştəriyəm,
Gahi mələkü gəhi pəriyəm.
Sərv ağacı təkdir hər budağım,
Xublar çəkəllər iştiyaqım.
Zərdalu eşitdi, nə'rə urdu
Kim,
- Gilasi görgilən, qudurdu!
Dedi ki,
- Ey əhqəri-zəmane!
Vey zağü kəlağa abü danə!
Nə föxr ilə özünü ögərsən?
Bu eyb ilə sən nə fəxr edərsən?
Bir qətrə su, bir də üstüxansan,
Hər kim ki, yesə, ona ziyansan.
Gər səni qurutsa bağbanlar,
Axır günü çox çəkər ziyanlar.
Ol əsli-binayi-cümlə bünyad,
Zərdalu mənə qoyubdu həm ad.
Gəh səbz oluram zümrürüdasa,
Gahi bədənim olur mütəlla.
Gər məni qurutsa bağibanlar,
İstər məni cümlə karivanlar.
Hər qanda aparsalar əzizəm,
Hər təbxə buraxsalar təmizəm.
Ərik sözün Alına guş qıldı,
Acıqlanuban xüruş qıldı:
- K'ey qarnı vərəmli, sinəsi çak,
V'ey caməsi tozlu, ləzzəti xak!
Xasiyyətini ki, sən bilirsən,
Kənduzinə rişxənd qılırsan.
Hər kim səni yedi qarnı şişdi,
Dəryayi-bəla içinə düşdi.

Ənvai-bəlavü dərdü sevda
Səni yeyənə olur mühəyya.
Ol qadirü həyyü fərdü fəttah
Adımı mənim qoyubdu Tüffah.
Həm çöhrəmə verdi sürx rəngi,
Həm əguimə ətləsi-firəngi.
İki yarın arasında məhrəm
Yox mən kimi dəhrdə müqəddəm.
Həm peyki-nigari-nazəninəm,
Həm qasidi-yari-məhcəbinəm.
Təbliği-risalətimdə söz yox,
Təflhimi-bəlağətimdə söz çox.
Xəlvətgəhi-yarə əhli-sirrəm,
Mə'şuqinə aşiqi yetirrəm.
Bir bəzmdə gər ola müyəssər,
Təcmii-fəvakihü səmərlər,
Mən həm gər o bəzmdə bulunsam,
Əsmar içində hazır olsam,
Cümlə məni intixab edellər,
Həm qeyrdən ictinab edəllər.
Alma edər idi yüz təfaxür,
Əmrud özünü qıldı zahir,
Səsləndi ki, - Ey fəsadi-dövran!
V'ey müfsideyi-misali-şeytan!
Gər qabili-iftixar ofubsan,
Alma adını neçün qoyubsan?
Gər yaxşı olardın al deyərdin,
Alma neçün adını qoyardm?
Ol həzrəti-layəzali-mə'bud,
Ad qoydu məni lətifə Əmrud,
Verdi mənə yaxşı xasiyətlər,
Həm əklimə çox-çox afiyətlər.
Hər xəstəyə mən şəfa verirəm.
Hər cərgəyə mən səfa verirəm.
Əmrud edərdi vəsf halın,
Bilməzdi öz işinin məalın,

Nagəh səsini eşitdi Əngur,
Qeyzə gəlib oldu məstü məsrur.
Bu tə'nə ilə itab qıldı,
Əmrudə o dəm xitab qıldı.
- K'ey rəngi saralmış illətindən!
Başı yekə zə'fİ-qüvvətindən!
Öz başına sən təbib oldun,
Bimarlara nəsib oldun,
Kənduzinə vardır ehtiyacın,
Eylərmisən özgələr əlacın?
Dəxi kəl əgər təbib olurdı,
Əvvəl başına dəva qılırdı.
Əvvəl varıb özünə dəva ver,
Ondan sora xəstəyə şəfa ver.
Ol caili-zülmətin ilənnur
Ad qoydu məni-hərifə Əngur.
Verdi mənə dürlü xasiyətlər,
Lütf etdi mənə çox afiyətlər.
Mən səbzəvü kişmişü məvizəm,
Əsmar içində çox ləzizəm.
Məndəndi şərabi-ərğəvani,
Məndəndi sürurü şadimani.
Mən saqiyi-məclisi-vəfayam,
Ziynətdəhi-məhfili-səfayam.
Turşu ilə həmnişin mənəm, mən!
Həlva ilə həmqərin mənəm, mən!
Heyva eşidib bu göftguyi,
Qeyzə gəlibən saraldı ruyi.
Əngurə dedi ki:
- Yum dəhanın!
Danışma ki, lal ola zəbanın!
Şüğlün qəmü möhnətü ələmdir,
Mədhin özünə tamam zəmdir.
Bir kəslə ki, ittihad qılsan,
Bir cam mey ilə şad qılsan,
Ol şadlığı tamam olur qəm,
Qəm üstünə qəm gəlir dəmadəm.

Əvvəl ki, edər xilafi-əhkam,
Dəxi həm olur cahanda bədnam.
Həm əqli-mürəccəhi olur fəsl,
Həm cəhli-mürəkkəbi olur vəsl.
Gər mün'im ola gedər tilası,
V'ər müflis ola gedər həyası.
Ol cümleyi-müşkili edən həll
Adımı mənim qoyub Səfərcəl.
Var ləzzətü rəngü dad məndə,
Həm namü ləqəb, xoş ad məndə.
Ətrimlə dolubdu bağü bağça,
Həra mənzilim oldu tağü tağça.
Məni aparırlar hər diyara,
Həm töhfə verirlər hər nigara.
Konduzini vəsf edərdi Heyva,
Narınc eşidibən oldu peyda.
Heyvaya xitab qıldı:
- Key zar!
Danışma ki, səndə yox məgər ar?
Rəngin saralıbdı büğzü kindən,
Yoxdur xəbərin məgər özündən?!
Min tə'nə edər sənə xəlayiq,
Onlar ki, dedin, sənə nə layiq?
Qarnın dolu kirmü büğzü kinə,
Kirmə bədənin olub xəzinə.
Mədhin özünü məzəmmət eylər,
Vəsfin sənə cümlə lə'nət eylər.
Ot leyli nəhar edən, günü şəb
Narınca qılıb məni müləqqəb.
Lütf etdi mənə qəbayi-faxir,
Ol don ilə eylərəm təfaxür.
Yüz şükr edərəm mən ol xudaya,
Yüz fəxr tənimdəki qəbaya.
Bir don mənə lütf eyləyibdir
Kim, qeyriyə dəxi verməyibdir.
Şəklimi dəxi edibdi püstan,
Püstanı sevəllə cümlə məstan.

Yüz fəxr ilə söylər idi Narınc,
Nagah səsini eşitdi Turunc.
Göftara gəlib dedi ki:
- Ey dun!
Fəxr etmə qəbaya kim, nədir don?
Gər eşşəyə məhmil etsələr cül,
Ol cüli münəqqəş ola gül-gül,
Eşşəkdə zəval həm kəm olmaz,
Minbə'd o eşşək adəm olmaz.
Ol qaziyi-həşrü nəşrü miad,
Turunc mənə qoyubdular ad.
Mən əfşüreyi-təami-şaham,
Yemişlər içində padşaham.
Sərdəftəri-meyvəcati-bağam,
Əsmar içində çün çırağam.
Hər nə ki, desəm ziyadəyəm mən
Kim, daima səbzü tazəyəm mən.
Bu sözləri Nar edib təfəhhüm,
Ağzın açıb eylədi təbəssüm
Kim, rənginə fəxr edirdi Narınc,
Həm özünü vəsf edirdi Turunc.
Dedi ki:
- Nədir bu göftügulər?
Bifaidə batil arizulər!
Gər rəng ilə olsa işvəvü naz,
Rəng içrə şükufəm oldu mürataz.
V'ər kimsə edərsə sui-təhsin,
Var məndə zülali-turşü şirin.
Kənduzimi mədh etməzəm mən,
Öz halımı şərh etməzəm mən
Kim, meyveyi-rövzeyi-cinanam,
Namü ləqəb ilə mən Rümanam.
Dünya səməri mənə nə nisbət
Kim, mə'xəzim ola baği-cənnət.
Narıncü Turunc çəkərimdir,
Heyva ilə Sib nökərimdir.
Hər danəm olubdu lə'li-qəltan,

Hər cövhər ona olubdu heyran.
Nar öz sifətini vəsf etdi,
Bağ içrə səsin Rütəb eşitdi.
Xişm ilə o dəm ayağa durdu,
Qehr ilə Ənara nə'rə urdu:
- K'ey baği-behiştdən uran dəm,
Səndən degiləm o vəsfdə kəm.
Mən qabili-əkli-ənbiyayam,
İftari-cəmii-ətqiyayam.
Məşhur əcəmdəvü ərəbdə,
Mə'ruf həm əsldə, nəsəbdə.
Mə'kul tamami-xasü aməm,
Səyyahi-biladi-Misrü Şaməm.
Əzbəs ki, mənəm həbibi-əhbab,
Bu vəch ilə mənə çoxdur əlqab.
Xəstaviyü Zahidi, Müfəttəl,
Həm Əş'əmiyü dəxi Müfərcəl.
Xoş büq'ələr içrə hazirəm mən,
Məşhədlərə çün mücavirəm mən.
Sürtəllə məni məzari-yara,
Töhfə aparırlar hər diyara.
Vəsfmi Rütəb çün etdi itmam,
Yüz xişmlə nə'rə urdu Badam.
Xurmaya dedi ki:
-Ey cahangərd!
Zəmminde sənin bəsindi bu fərd:
Gəh Bağdadisən, gəh İsfəhani,
Hərcayiliyin tutub cahani.
Vəsf eyləməgində həddən ötdün,
Danışma ki, sən məni əritdin.
Çox dürlücə xasiyyət mənim var,
Şərh etməgə özüm eylerəm ar
Kim, abi-nəbatü nüqlü həlva
Olur məni-zardən mühəyya.
Püstə ki, eşitdi ağzın açdı,
Badama bu növ ilən sataşdı:
- K'ey bağlı dəhanı xissətindən,

Puşidə üzü ləamətindən!
Bir zərrə sənin səxavətin yox!
Bihəddü ədəd xəsasətin çox.
Min daş yetişməyincə canə,
Qənnadiyə verməsən ki, danə.
Xəllaqi-cəhan zülmətü nur
Püstə mənim adımı qoyubdur.
Qönçə kimi ağzım açmışam mən,
Hər talibə danə saçmışam mən.
Bir yandan eşitdi Xoxü Fıstıq,
Həm Süncüdü Şahpaludü Fındıq.
İnnab ilə Tut, Alubalu,
Əncirü Zoğalü Cövz, Limu;
Hər biri bir afəti-zəmanə,
Hər biri sölərdi bir fəsanə.
Şaftalu deyərdi:
- Padişahəm,
Fıstıq ki:
- Əncüm içrə mahəm.
Həm Cövz deyərdi:
- Xosrovam mən.
Fındıq deyərdi:
- Sərvərəm mən.
Limu ki:
- Mənəm bu bağa mahmud.
- Şaham ki, deyərdi Şahpalud.
Həm Cövz deyərdi:
- Pəhlivanam,
Əncir ki:
- Şöhreyi-cahanam.
İnnab deyərdi:
- Mən vəcihəm.
Zoğal ki:
- Mən sənə şəbihəm.
Həm vəsf edib özün Gilənar,
Tut oldu ki, bağa tuti göftar,
Qıldı nəzər ol xücəstəsima,
Gördü ki, olub bu bağda qövğa.

Gəlmişdi ki, eyləyə səyahət,
Ləzzət aparıb qıla fərağət.
Gördü ki, bağ içrə yoxdu ləzzət,
Fəsx eylədi, əzmin etdi ric'ət.
Düşdü yola həm gözətdi xanə,
Nagəh yolu düşdü bustanə.
Bir növ ilə gördü bustanı,
Az qaldı ki, tərk edə cahanı.
Eylərdi Xiyar şükri-xaliq
Kim:
- Qıldı məni cahanda haziq.
Əklimdə olur məriz dilsərd,
Vəsfimdə mənim bəsimdi bu fərd.
Mən dafei-dərdi-möhriqatam,
Mərhəmnəhi-sədri-mütbiqatam.
Gərmək ki, eşitdi bu məqalı,
San kim, mütəğəyyir oldu halı.
Üz tutdu Xiyara:
-K'ey cəfakar!
Bu vəsf sənə degil səzavar.
Yoxdu ləzatin həmin bir adın,
Camuş ətinə dönübdü dadın.
Ol mədhlərin sənə nə layiq?
Ol vəsflərə mənəm müvafiq.
Mən xəstələrə şəfa verirəm.
Mən qəlblərə səfa verirəm.
Var əmzicə ilə e'tidalım,
Hər təb ilə mö'tədildi halım.
Gərmək sölər İdi yüz fəsanə,
Bu yandan eşitdi Hindivanə.
Bir nə'rə çəkib xüruş qıldı,
Dərya kimi daşdı, cuş qıldı.
Dedi ki:
- Məgər bu xasiyətlər
Mən möhtörəmə degil müyəssər?
Mən sinələrə səfa verirəm,
Mən didələrə cila verirəm.
Səfravü hərarətə dəvayəm,
Bağ ağrısına əcəb şəfayəm.
Xoştə'm, ləziz, rəngim əhmər,
Suyum dəxi çün zülali-Kövsər.
Bimarlara dəva mənəm, mən!
Həm xəstələrə şəfa mənəm, mən!
Övsafın edərdi Hindivanə,
Qavun eşidib çəkib zəbanə,
Vermişdi çü Qarpıza vəzarət,
Həm Gərməyə mənsəbi-vəkalət,
Etmişdi Xiyari çün mülazim,
Şəmmaməni həm özünə xadim,
Bostançıya əmr qıldı Qavun,
Verdirdi cəzasını bularun.
Soydurdu dərisini Xiyarın,
Aldırdı əlindən ixtiyarın.
Həm Gərməyə urdu neçə yarə,
Cismini elətdi parə-parə.
Qarpızı o dəmdə şaqqalatdı,
Şəmmaməni bir kənara atdı.
Dedi ki:
- Mənəm sizin pənahız,
Bu bustan içrə padişahız!
Şəh məclisinə müsəddərəm mən,
Əsmar içində sərvərəm mən.
Hər kim yesə məni, qılsa rehlət,
Yetər ona rütbeyi-şəhadət.
Ətrim dəxi ətri-mişkə bənzər,
Nə mişk ki, bəlkə ətri-ənbər.
Vermişsə mənə zülal Kövsər,
Saqisi o Kövsərindir Heydər.
Əlqissə ki, bustanda Qavun
Vəsf etdi özünü həddən əfzun.
Qeyz ilə o dəm ayağa durdı,
Öz başını xişm ilə ayırdı.
Bunu görüb ol xücəstəsima,
Bustana həm etməyib tamaşa

Bildi ki, bu dövrdə vəfa yox,
Dünyanı sevən çəkər cəfa çox.
Pəs etdi yəqin ol cəfakeş,
Olmaz bu cahanda kimsə dilxoş.
Bildi ki, olub bu deyr fani,
Tərk eylədi ləzzəti-cəhani.
Dünya işinin mədarı yoxdur,
Heç kimsəyə e'tibarı yoxdur.
Eylər birisini sahibi-tac,
Ol birisin eylər ona möhtac.
Leylaya verib üzari-gülgun,
Qeys onu görəndə ola Məcnun.
Həm Yusifə verdi hüsni-ziba,
Oldu ona mübtəla Züleyxa.
Əzraya veribdi hüsni-bihəd,
Qılmış ona Vamiqi müqəyyəd.
Bu köhnə evin vəfası yoxdur,
Ənduhu qəmü cəfası çoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG