Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:45

Bəxtiyar Hacıyevin məhkəməsi aprelin 28-nə qaldı


Gənc fəal Bəxtiyar Hacıyevin Gəncənin Nizami rayon Məhkəməsində keçirilən mühakiməsi aprelin 21-də yenidən təxirə salınıb.

Vəkil Elçin Namazov «Media forum» saytına bildirib ki, səbəb vəkillərin iclasda iştirak etməməsi olub.

Növbəti proses aprelin 28-nə təyin olunub.

B. Hacıyev Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə ittiham olunur.

Gəncənin Nizami rayon Məhkəməsi martın 4-də onun barəsində 1 aylıq həbs qətimkan tədbiri çıxarıb. Sonradan məhkəmə həbs müddətini prosesin sonuna, yəni qeyri-müəyyən müddətədək uzadıb.

B. Hacıyevin məhkəməsi aprelin 19-da başlayıb. Aprelin 20-nə təyin olunmuş proses də baş tutmamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG