Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:14

Dünya atom enerjisindən imtina etməyəcək


Cernobl faciəsiylə Yaponiyanın Fukushimo-Dayiçi atom elektrik stansiyasındakı qəza atom enerjisinin əhəmiyyətini azaltmayacaq.

Bunu beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru Yukio Amano çərşənbə günü Çernoblda Ukrayna prezidenti Viktor Yanukoviç və bMT-nin baş katibi Ban Ki Moonla keçirdiyi birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, dünya atom enerjisindən imtina etməyəcək, amma nüvə obyektlərində maksimum təhlükəsizliyi təmin etmək üçün bütün mümkün imkanlara əl atılmalıdır.

Dünən Ukraynada Cernobl faciəsinin 25 illiyiylə bağlı anım mərasimi başlanıb.

Kiyevdə keçirilən konfransda donor olkələr Çernobl atom elektrik stansiyasının üzərində müdafiə örtüyünün qurulmasına 780 milyon dollar ayrılacağını vəd ediblər.

Çernobl faciəsi 1986-cı il aprelin 26-da baş verib.
XS
SM
MD
LG