Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:19

Britaniya ilə Fransa Liviyaya hərbi mütəxəssislər göndərir


Fransa üsyançılara kömək etmək üçün Liviyaya rabitə zabitləri göndərir.

Fransa hökumətinin sözçüsü Fransua Baron (Fransois Baroin) bildirib ki, məqsəd mülki sakinləri qorumaqdır və Fransa liviyaya quru qoşunları göndərmək fikrində deyil.

Həmçinin Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq (William Hague) çərşənbə axşamı bildirib ki, London üsyançıların təşkili və onlar arasında rabitə yaradılmasına kömək etmək üçün Liviyaya 20-dək hərbi zabit göndərəcək.

Heyq qeyd edib ki, onlar üsyançılara hərbi təlim keçmək və ya onların silahlandırılmasında iştirak etməyəcəklər.

Liviyanın xarici işlər naziri Abdul Ati al Obeidi BBC-yə müsahibəsində xəbərdarlıq edib ki, bu vəziyyəti daha da çətinləşdirəcək.

Liviya hökumətinin rəsmisi Mussa İbrahim isə bildirib ki, istənilən halda ölkənin gələcəyini xalq müəyyən etməlidir.
XS
SM
MD
LG