Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:39

Azərbaycan ötən il Avropa Məhkəməsinin qərarı əsasında 334 min avro təzminat ödəyib


Avropa İnsan Haqları Məhkəməsi

Avropa İnsan Haqları Məhkəməsi

Avropa Şurası Nazirlər Komitəsi 2010-cu ildə Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarlarının icrası vəziyyətinə dair illik hesabatı açıqlayıb.

Ümumilikdə ötən il AİHM qərarları ilə hökumətlər 64 milyon avro təzminat ödəyiblər.

Azərbaycan hökuməti ötən il 12 iş üzrə 334602 avro təzminat ödəyib.

2010-cu il dekabrın 31-nə olan məlumata görə, Nazirlər Komitəsində Azərbaycanla bağlı 31 iş var, ötən il 15 iş üzrə baxış yekunlaşdırılıb.

Avropa Şurası Nazirlər Komitəsi bir daha bəyan edib ki, Azərbaycan hökuməti Eynulla Fətullayevi buraxmaq üçün bütün mümkün imkanları araşdırmalı, zəruri halda azadlıqdan məhrumetmə cəzasını alternativ cəza ilə əvəzləməlidir. /APA/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG