Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:33

Azərbaycanda 70 % yaşamaq uğrunda mübarizə apardığını deyir


Dekabrda Bakıda qonşuluqdan su daşıyan qadın

Dekabrda Bakıda qonşuluqdan su daşıyan qadın



"Gallup" sorğu mərkəzi 124 ölkədə yerli sakinlərdən xahiş edib ki, onlar öz həyatlarının indiki durumuna və yaxın 5 ildən nə gözlədiklərinə qiymət versinlər.

Cavabları "Gallup" 3 yerə bölüb- həyatını çiçəklənən, yəni gündən-günə daha da yaxşılaşan hesab edənlər, yaşayış uğrunda mübarizə aparanlar və əzab çəkənlər.

Bunun əsasında "Gallup"un hazırladığı “Rifah” hesabatına görə Azərbaycanda əhalinin cəmi 10 faizi hesab edir ki, onların həyatı çiçəklənir.
70 faiz yaşamaq uğrunda mübarizədədir.
Həyatının əzab olduğunu düşünənlər isə 20 faizdir.

ERMƏNİSTANDA, GÜRCÜSTANDA...

Qonşularla müqayisə etsək, Ermənistanda həyatını çiçəklənən hesab edən Azərbaycandan çoxdur. Ermənistanda belə düşünən 12 faizdir.

Ermənistanda yaşamaq uğrunda mübarizə apardığını hesab edənlər də Azərbaycandakından azdır- 54 faiz.
Əvəzində Ermənistandakı həyatının əzab olduğunu düşünənlər Azərbaycandakından qat-qat çoxdur- 34 faiz.

Gürcüstanda həyatını çiçəklənən hesab edənlər, mübarizədə olanlar və əzab içində yaşadığını düşünənlər müvafiq olaraq 10, 66 və 24 faizdir.

Həyatından razı olanların 10 faiz olması ilə Azərbaycan 124 ölkə arasında hansı yeri tutur?
Bu, Qana, Bosniya, Makedoniya, Gürcüstan səviyyəsidir.
Zimbabve, Nepal, Mərakeşdə bu göstərici azacıq aşağıdır- 9 faiz.

RİFAHI ƏN YÜKSƏK OLANLAR

124 ölkədən 19-da əksəriyyət hesab edir ki, onların rifahı o qədər yüksəkdir ki, buna çiçəklənmə demək mümkündür. Bu ölkələrə Danimarka başçılıq edir. Burda 72 faiz hesab edir ki, onların həyatı çiçəklənir.

Danimarka - 72 %
İsveç - 69%
Kanada - 69%
Avstraliya – 65%
Finlyandiya - 64%
Venesuela - 64%
...
ABŞ - 59%
Kosta Rika - 58%
Braziliya – 57%

Axırıncı yerdə isə Afrika ölkəsi Çaddır. Burda rəyi soruşulanların cəmi 1 faizi deyib ki, onların həyatı çiçəklənir.

Şərhləri göstər

XS
SM
MD
LG