Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:36
«ABŞ-la Azərbaycanın sıx və məhsuldar münasibətləri var. İqtisadi əməkdaşlıq, təhlükəsizlik sahəsindən başlamış, iqtisadi və demokratik islahatlara kimi bir çox sahələrdə birgə gördüyümüz işlər var. Biz bu işi davam etdirəcəyik».

ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Terri Devidson Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədovun «Amerikanın səsi» radiosuna verdiyi müsahibəni jurnalistlərə belə şərh edib.

ABŞ-Azərbaycan hərbi təlimlərinin təxirə salınması məsələsinə toxunan T. Devidson bildirib ki, bu təlimlər Azərbaycan Müdafiə Nazirliyi tərəfindən təxirə salınıb:

«Buna görə də sualı o quruma ünvanlasanız, daha yaxşı olar».

Müxalifətin aprelin 17-də aksiya keçirmək cəhdinə münasibət bildirən T.Devidson qeyd edib ki, səfirlik sərbəst toplaşmaq azadlığının təmin olunmasının zəruriliyini dəfələrlə bəyan edib:

«Biz hesab edirik ki, sərbəst toplaşmaq azadlığı və ifadə azadlığı demokratik cəmiyyətlərdə insanların malik olduğu ən fundamental hüquqlardan biridir». /APA/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG