Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:41

Amerikanın birinci xanımının olduğu təyyarə təhlükə ilə üzləşib


ABŞ aviasiya rəsmiləri birinci ledi Mishelle Obamanın içində olan təyyarə ilə bağlı baş verən hadisəni araşdırır. Bu təyyarə hərbi reaktiv təyyarəyə yaxın uçduğundan narahatlıq yaranıb.

Məlumatlara görə, Vaşinqton səmasında aprelin 18-də baş verən insidentə səbəb kimi dispetçerin səhvinin göstərildiyi hadisə araşdırılır. Federal Aviasiya Adminstrasiyası tədqiqatla bağlı deyib ki, xanım Obamanın göyərtəısində olduğu və o biri rekativ təyyarədə "heç vaxt təhlükə" olmayıb.

Michelle Obamanın içində olduğu təyyarə C-17 reaktiv təyyarənin 5 km-də uçurmuş. ABŞ qaydalarına görə, təyyarələr arasında minimum distansiya səkkiz km olmalıdır. Ona görə də xanım Obamanın olduğu təyyarənin enməsi qadağan edilmiş və enməzdən əvvəl "dövrə vurmağı" istənilmişdi. Sonradan hər iki təyyarənin enişində heç bir çətinlik müşahidə olunmadı.

Bu hadisədən qabaq ABŞ hava dispetçerlərinin bəzilərinin iş başında yuxulaması kimi ittihamlar eşidilmişdi.
XS
SM
MD
LG