Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:50

Məhəmməd Hadi. Amali-tərəqqi


Hәqiqi arizumuz intizami-hali-millәtdir,

Mәsaimiz bütün mәsrufi-istikmali-millәtdir,

Әsasi-fikrimiz tәmini-istiqbali-millәtdir,

Ürәkdә bәslәnәn amalımız iqbali-millәtdir,

Yeganә nöqteyi-mәtlub istiqlali-millәtdir.


* * * * *


Olubdur dağdari-qәm vәtәn nari-cәhalәtdәn,

Sönüb nuri-maarif tündbadi-cәhlü qәflәtdәn,

Yox asari-sәadәt, dop-dolu xari-şәqavәtdәn,

Vәtәn gülzarı xar olmuş yәdi-әrbabi-şәrrәtdәn,

Bizim mәqsudimiz islahi-hali-adәmiyyәtdir.


* * * * *


Vәtәnpiraydir bir qönçeyi-növxizi-ruhani,

Soluq baği-hәyatә tabbәxş olmaqda ürfani,

Füyuzatilә ehya etmәk istәr bari-vicdani,

Nәsimi etmәdә tәhziz hissiyyati-insani,

Rәvayihbәxşü bәhcәtzayi-gülşәnzari-millәtdir


* * * * *


Cahanә gәlmәdәn mәqsud tәhsili-mәanidir,

Mәani baisi-neyli-hәyati-cavidanidir,

Mәani şәhri-insaniyyәtә üssül-mәbanidir,

Mәanipәrvәr olmaq bizcә әqsayi-әmanidirr.

Әn istәkli әmәlmiz irtiqayi-mülki-millәtdir,


* * * * *


Hәqiqәt sayәsindә kәsbi-qüdsiyyәt qılar millәt,

Hәqiqәtlә edәr növi bәşәr tәhsili-hürriyyәt,

Hәqiqәtlә olur baği-vәtәn gülzari-әmniyyәt,

Hәqiqәt zahir olsa, parlayar әnvari-ülviyyәt,

Hәqiqәtbin olanlar vasili-fövzü hidayәtdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG