Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:51

Qaddafi rejimi Britaniyanı “müharibəni uzatmaqda” günahlandırır


Muammar Qaddafi rejiminin məmurları Britaniyanın Liviya üsyançılarına məsləhət vermək üçün Britaniyanın planı ilə bağlı xəbərdarlıq ediblər.

Xarici İşlər Nazirinin Müavini Xalid Kaim (Khaled Kaim) "The Associated Press"ə deyib ki, üsyançılar yaxşı təşkilatlanmayıblar və ona görə də Britaniyanın missiyası "uğursuz" olacaq.

Xarici İşlər naziri Abdul Ati al-Obeidi BBC-yə deyib ki, Britaniya missiyası döyüşü uzadır.

Britaniya Xarici İşlər Naziri William Hague deyib ki, London Liviya üsyançılarına təşkilatçılıq işlərini yaxşı qurmaq üçün hərbi məmurlarını göndərərdi.

Hague deyib ki, "göndərilən heyət Liviya üsyançılarına hər hansı təlim keçməyəcək, və ya onları nsilahlanmasında iştirak etməyəcək. Sadəcə, müxalifətin hərbi əməliyyatlarını daha yaxşı planmağa yardım edəcək.

Hague əlavə edib ki, Britaniya müxalif qüvvələrə dinc əhalini qorumaq üçün rabitə avadanlığı və zirehli gödəkcələr də göndərir.

Britaniyanın 20-dən çox zabitinin Liviyaya getməsi gözlənir.
XS
SM
MD
LG