Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:04

BMT-də Yəmənlə bağlı müzakirələrdə Rusiya və Çin veto qoyub


BMT-nin Təhlükəsizlik Şurası Yəməndəki siyasi böhranı müzakirə etmək üçün bağlı qapılar arxasında görüş keçirib, amma vəziyyət barədə birgə ictimai bəyanat vermək barədə razılıq əldə olunmayıb.

Təhlükəsizlik Şurasının 15 üzv dövlətindən olan Almaniya və Livan diplomatlarına istinadən verilən məlumatlara görə, bəyanat üçün razılaşmaya cəhd göstərilib, amma bu təşəbbüsə Rusiya və Çin veto qoyub.

ABŞ-ın qurumdakı səfiri Susan Rise deyib ki, Təhlükəsizlik Şurasının bir neçə üzvü öz ölkələrində prosesin necə davam edəcəyi üçün təlimat axtarıb.

Məlumatlara görə, aprelin 19-da Yəmən hakimiyyəti etirazçılara qarşı atəş açıb, 3 adam öldürülüb.

Son iki ay ərzində 120-dən çox adamın öldürüldüyü deyilir. Prezident Əli Abdullah Saleh (Ali Abdullah Saleh) 30 ildir ki, hakimiyyətdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG