Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:25

Eynulla Fətullayevlə bağlı Böyük Britaniyada aksiya keçiriləcək


Azerbaijan -- Jailed journalist Eynulla Fatullayev, Baku, 06Apr2011

Azerbaijan -- Jailed journalist Eynulla Fatullayev, Baku, 06Apr2011

Aprelin 20-də Azərbaycanın Böyük Britaniyadakı səfirliyi qarşısında 5 insan hüquqları təşkilatı aksiya keçirəcək.

«Əlli Fətullayev» adlı aksiyaya qatılacaq iştirakçılar - «Amnesty İnternational» «ARTİCLE-19», «English PEN», «Index on Censorship» və «Media Müxtəlifliyi» təşkilatları bununla bağlı açıqlama yayıblar.

Onlar həbsdə olan jurnalist Eynulla Fətullayevin həbsdən azad edilməsi tələb edəcəklər. İştirakçılar aksiyada Eynulla Fətullayevin üzü əks olunan maskalarda olacaqlar.

Aksiya iştirakçıları jurnalistin dərhal azadlığa buraxılmasını tələb edən məktubu səfirliyə təqdim etməyi nəzərdə tuturlar. Bəyanat müəllifləri rəsmi Bakını ifadə azadlığı hüququ üzrə öhdəliyini yerinə yetirməyə çağırırlar.

Sənəddə Eynulla Fətullayevin 2007-ci ildə həbs olunması, ona qarşı müxtəlif motivli ittihamlar irəli sürülməsi, Avropa Məhkəməsinin jurnalistin həbsdən azad olunması haqda qərar çıxardığı yada salınır.

Sənəd müəllifləri Azərbaycanın ifadə azadlığı hüququna əməl etmək və Avropa Məhkəməsinin hökmlərini icra etmək öhdəliyi daşıdığını xatırladır.

Günün bütün mövzuları

XS
SM
MD
LG