Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:02

Qaxda qadağan olunmuş dini ədəbiyyat tapılıb


Islama aid dini kitablar
Islama aid dini kitablar

Rayon sakinini "Yəhova şahidləri" təriqətinə aid broşurları yaymağa təhrik ediblər

Azərbaycanda vətəndaşları qadağan olunmuş dini təriqətə aid ədəbiyyatın satılmasına təhrik edən şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 18-də Qax rayonu sakini Sərxan Qadaşov polis şöbəsinə ərizə ilə müraciət edib. O, Vüsal Bəkirov adlı şəxs tərəfindən "Yəhova şahidləri" dini təriqətinə aid ədəbiyyat və broşurların yayılmasına təhrik olunduğunu bildirib.

Qax RPŞ əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində Bəkirovdan təbliği və yayılması qanunla qadağan olunmuş 2 ədəd dini ədəbiyyat götürülüb və barəsində AR İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.

Aprelin 15-də Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Qax rayonu Qorağan kənd sakini Fərhad Yusubovun evinə baxış zamanı oradan yayımı qanunla qadağan olunmuş 39 ədəd dini kitab və digər təbliğat vasitələri aşkar edilərək götürülmüşdü.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG