Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:56

ABŞ səfirliyinin mətbuat müşaviri Mətbuat Şurasında olub


Aprelin 19-da ABŞ səfirliyinin mətbuat müşaviri Kis Bean Mətbuat Şurasında olub. Mətbuat Şurasından verilən məlumata görə, Əflatun Amaşovla görüşdə jurnalistlərin kütləvi aksiyaları işıqlandırma xüsusiyyətləri də müzakirə olunub.

Əflatun Amaşov mətbuatın əziyyəti ilə bağlı bildirib ki, kütləvi informasiya vasitələrinin əsas problemi özlərini maliyyələşdirməkdə çətinlik çəkmələridir. Problemin aradan qaldırılmasına yönələn bir sıra tədbirlərin həyata keçirildiyini vurğulayan şura sədri qeyd edib ki, Mətbuat Şurası KİV-lərdə rəsmi qurumların elan və reklamlarının yerləşdirilməsinə dair beynəlxalq təcrübənin tətbiqinə çalışır.

Kis Bean ABŞ-ın Azərbaycanda medianın vəziyyətini, ümumilikdə söz və mətbuat azadlığı sahəsindəki vəziyyəti daim diqqətdə saxladığını deyib. Bildirib ki, yaxın günlərdə Minnesota Universitetinin jurnalistika və kütləvi kommunikasiyalar fakültəsinin professoru Ceyn Körtlinin ABŞ Dövlət Departamenti və Beynəlxalq Məlumat Proqramları Börosunun xətti ilə nəşr edilən «Media hüququ» məlumat kitabının təqdimatının keçirilməsi nəzərdə tutulur.

Kitabın Azərbaycan dilinə təcrübə edildiyini vurğulayan mətbuat müşaviri vəsait müəllifinin yaxın vaxtlarda Azərbaycana gələcəyini də bildirib.
XS
SM
MD
LG