Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:45

Belarus milli valyutasını sərbəst buraxdı


Belarus Mərkəzi Bankı milli valyutanı – rublun kursunu sərbəst buraxdığını bildirib. Bankdan bildiriblər ki, Mərkəzi Bank bundan sonra da ehtiyac olan vaxt rublu alıb-satmaqla müəyyən dərəcədə bazarda iştirak edəcək, amma bu məhdud olacaq.

Bu addımın rublun devalvasiyasına aparacağı bildirilir. Hələ ki bu addımın qara bazardakı valyuta kurslarına necə təsir edəcəyi bilinmir.

Beynəlxalq maliyyə İnstituları Belarusa tövsiyyə etmişdilər ki, ölkədəki ağır iqtisadi böhrandan çıxış yolu kimi, milli valyutasının kəskin devalvasiyasına, ucuzlaşmasına ehtiyac var.
XS
SM
MD
LG