Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:03

Azərbaycanlı zəvvarlar Mina, Müzdəlifəyə qatarla gedəcək


Kral Abdulaziz Beynəlxalq Hava Limanı, Həccə ziyarətinə gələnlər

Kral Abdulaziz Beynəlxalq Hava Limanı, Həccə ziyarətinə gələnlər

Həcc ziyarətlərinin daha rahat keçməsi üçün danışıqlar aparılıb

Builki Həcc ziyarəti zamanı azərbaycanlı zəvvarlar Mina, Müzdəlifə ərazilərinə qatarla çatdırılacaq. APA-nın yaydığı xəbərə görə, bu haqda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Səudiyyə Ərəbistanının krallığın Həcc nazirinin müavini ilə keçirdiyi görüşdə razılıq əldə olunub.

Səudiyyə Ərəbistanında səfərdə olan Şeyxülislam Mədinə şəhərində keçirdiyi görüş zamanı Azərbaycanla Səudiyyə Ərəbistanı arasında mənəvi əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunub. Xüsusilə də Azərbaycandan Həcc ziyarətinə gələn zəvvarların burada qalma şəraitləri, ziyarətlərini daha rahat şəraitdə həyata keçirmələri ilə bağlı məsələlərin detalları müzakirə olunub.

Konkret olaraq builki Həcc ziyarəti zamanı azərbaycanlı zəvvarların Mina, Müzdəlifə ərazilərinə qatarla çatdırılmaları ilə bağlı razılaşma əldə olunub, təyyarələrin uçuşu zamanı gecikmə probleminin minimuma endirilməsi yönündə danışıqlar aparılıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG