Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:27

Nemət Pənahlının məhkəməsi mayın 3-nə təyin olundu


N. Pənahlı xuliqanlıqda ittiham olunur

N. Pənahlı xuliqanlıqda ittiham olunur

Aprelin 19-da Nəsimi rayon Məhkəməsində Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının və onun dostu Ceyhun Fərzullayevin məhkəməsinə hazırlıq iclası keçirildi. Nəzarətçilər məhkəmə zalında yer olmadığını bildirərək iclası izləməyə gələnlərin və jurnalistlərin böyük hissəsini məhkəmə binasına buraxmadılar.

Hazırlıq iclası bitəndən sonra N. Pənahlının vəkili Samir İsayev jurnalistlərə məlumat verdi ki, iclas başlayanda, N. Pənahlı hakimdən xahiş edib ki, jurnalistlərin zala buraxılması təmin olunsun. N. Pənahlı deyib ki, məhkəmədə bir sıra məsələlərə aydınlıq gətirəcək ki, bu da ictimaiyyət üçün maraqlı olacaq. Vəkillər də jurnalistlərin məhkəmə zalına buraxılmasına dair vəsatət qaldırıblar. Lakin hakim vəsatəti təmin etməyib.

Vəkillər tərəfindən qaldırılan ikinci vəsatət N. Pənahlı ilə C. Fərzullayev barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına dair olub. Hakim bu vəsatəti də təmin etməyib. Təxminən 1 saata yaxın davam edən hazırlıq iclası məhkəmə baxışının mayın 3-nə təyin olunması ilə başa çatıb.

N. Pənahlı və C. Fərzullayev xuliqanlıqda ittiham olunurlar. Hər ikisi Eldəniz Rzayev adlı şəxsin hüquq mühafizə orqanlarına etdiyi şikayət əsasında bu il yanvarın 8-də həbs olunub. Məhkəmə onlar haqqında 2 aylıq həbs qərarı çıxarıb.

İttihama əsasən, N. Pənahlı və C. Fərzullayev Bakının Mirəli Qaşqay küçəsində E. Rzayevi döyüblər, ona yumruq və metal əşya ilə xəsarət yetiriblər. N. Pənahlı ilə C. Fərzullayevin müdafiəçiləri isə ittihamların saxta olduğunu, hər iki şəxsin sifarişlə həbs olunduğunu bildirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG