Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:21

BMT Liviyanın qərbinə qida yardımı göndərməyə başlayıb


BMT yeni humanitar dəhliz vasitəsilə Liviyanın qərbinə qida yardımı göndərməyə başlayıb.

BMT-nin Dünya Ərzaq Proqramının yaydığı məlumatda deyilir ki, yeni dəhliz ay ərzində 50 min insanı ərzaqla təmin etməyə imkan verəcək.

Ərzaq karvanı dünən Tunis ərazisindən Liviyaya keçib. Yardım paytaxt Tripoli də daxil olmaqla bir neçə şəhərin sakinlərinə veriləcək.

BMT bildirib ki, Liviya hökuməti nəzarəti altındakı ərazilərə humanitar yardım işçilərinin məhdudiyyətsiz keçidini təmin edəcəyinə vəd verib. Bununla belə, Müəmmar Qəddafi qərbi Misrata şəhərində əməliyyatları dayandırmayıb.

4 gündür hökumət qüvvələri Misrata şəhərini bombalayır, şəhərdə qida və dərman çatışmazığı var.
XS
SM
MD
LG