Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:49

Jurnalistləri Müdafiə Komitəsi 3 isveçli jurnalist barədə bəyanat verib


Jurnalistləri Müdafiə Komitəsi 3 isveçli jurnalistin Azərbaycandan deportasiya olunmasından narahatlığını ifadə edib. Komitənin yaydığı bəyanatda deyilir ki, Bakıya insan haqları və söz azadlığına dair sənədli film çəkməyə gələn qrup aprelin 17-də ölkədən çıxarılıb. Təşkilat Azərbaycanı beynəlxalq mətbuata əngəl törətməyi dayandırmağa çağırıb.

3 isveçli jurnalist İctimai Palatanın 17 aprel aksiyası zamanı mülki geyimli şəxslər tərəfindən saxlanıb. Onlar Səbail rayon polis şöbəsinə, daha sonra Miqrasiya idarəsinə aparılıblıar.

Jurnalistlərin rəqəmsal kameraları müsadirə olunub və yaddaş kartları silinib.
Onlara bildirilib ki, jurnalist fəaliyyəti ilə məşğul olmaq üçün onların Xarici İşlər Nazirliyində akkreditasiyadan keçməsi tələb olunurdu. Hərçənd deportasiya olunan jurnalistlərdən biri - Rohwedder Street «Kavkazsky Uzel» saytına bildirib ki, onlar müvafiq vizanı Azərbaycanın Stokholmdakı səfirliyindən almışdılar. Onlar viza üçün müraciət edərkən Azərbaycan rəsmilərinə bu ölkəyə səfərlərinin məqsədini bildirmişdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG