Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:40

Suriyada iğtişaşlar silahlı qiyama çevrilib


Suriyanın XİN bəyan edib ki, ölkədə sələfi islamçı təşkilatı ilə bağlı qrupların təşkil etdiyi iğtişaşlar silahlı qiyama çevrilib. Nazirlik qruplaşmanı əsgər, polis və dinc sakinlərin öldürülməsində təqsirləndirib, iğtişaş təşkilatçılarının cəzalandırılacağını bildirib.

Suriya hökuməti ölkədə sabitlik və təhlükəsizliyin təmin olunacağına vəd verib.

Aprelin 18-də minlərlə adam Suriyanın üçüncü ən böyük şəhəri Homsda toplaşaraq yenidən prezident Bəşər Əsəd və nazirlərin istefasını tələb ediblər.

Müxalifətçilərin sözlərinə görə, bazar günü təhlükəsizlik qüvvələri ilə toqquşmada 12 nəfər öldürülüb.
XS
SM
MD
LG