Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:49

Avropa Şurası Bakı ofisinin rəhbərinin 17 aprel aksiyasından xəbəri yoxdur


Konstantin Yerokostopolos
Konstantin Yerokostopolos
Avropa Şurası Bakı ofisinin rəhbərinin polisin 17 aprel mitinqini dağıtmasından və isveçli jurnalistlərin saxlanaraq ölkədən deportasiya edilməsindən xəbəri yoxdur.

Aprelin 19-da ifadə azadlığı ilə bağlı seminarda iştirak edən səfir Konstantin Yerokostopolos jurnalistlərin bu barədə sualına cavab verərkən məsələdən məlumatı olmadığını bildirməklə kifayətlənib.

Üç isveçli jurnalist 17 aprel aksiyası zamanı polis tərəfindən saxlanıb, Dövlət Miqrasiya İdarəsinə aparılıb, bir gün sonra Azərbaycandan deportasiya olunublar. Rəsmilər jurnalistlərin XİN-də akkreditasiyadan keçmədiyini bildiriblər.

AŞ Bakı ofisinin rəhbəri isə seminarda çıxışı zamanı ifadə azadlığı ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycandan 30-dan çox şikayətin olduğunu bildirib:

«Hazırda Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycandan 36 şikayət var. Onların 3-ü ilə bağlı artıq iş gedir. 15 işə isə Azərbaycanın yerli məhkəmələrində baxılmaqdadır. Ola bilər ki, o işlər də Avropa İnsan Hüquqları Məhkəməsinə getsin».

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bu yaxınlarda «Diffamasiya haqqında» qanun layihəsinin Milli Məclisə təqdim olunacağını deyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG