Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:32
Üç isveçli jurnalist 17 aprel aksiyası zamanı polis tərəfindən saxlanmış və Dövlət Miqrasiya İdarəsinə aparılmışdılar.

(İSVEÇ TV-da YAYIMLANAN JURNASLİTLƏRİN HƏBSİ GÖRÜNTÜLƏRİNİƏ BURADA BAX )

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan qanunvericiliyinə görə, hər hansı əcnəbi jurnalist ölkədə peşə fəaliyyəti ilə məşğul olması üçün Xarici İşlər Nazirliyində akkreditasiyadan keçməlidir:

«Araşdırmalar zamanı məlum olub ki, həmin jurnalistlər Xarici İşlər Nazirliyində akkreditasiyadan keçməyiblər. Məhz buna görə də onlar qanunvericiliyin tələbinə uyğun olaraq ölkədən deportasiya ediliblər»

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən də APA-ya bildirib ki, aprelin 17-də Bakının «Sahil bağı»nda saxlanılan isveçli jurnalistlər Azərbaycanda akkreditə olunmayıblar və onlardan rəsmi müraciət almayıblar.

İsveçin Xarici İşlər Nazirliyinin sözçüsü Anders Jörle bildirib ki, jurnalistlərin saxlanması viza problemi ilə bağlı ola bilər.

«Pampas Produktion» film şirkətinin nümayəndəsi Mikael Eklund isə deyib ki, isveçli jurnalistləri saxlayanda, polis onlardan yaddaş kartını alaraq içindəkiləri pozub.

İsveçli jurnalist My Rohwedder Street isə Miqrasiya İdarəsində olarkən telefonla AzadlıqRadiosuna bildirmişdi ki, onlar Azərbaycanın İsveçdəki səfirliyinə viza üçün müraciət edərkən jurnalist olduqlarını gizlətməyiblər. Üstəlik viza alarkən də səfirlikdən onlara hər hansı problem yarandığı təqdirdə səfirliklə əlaqə saxlanması deyilib və əlavə edilib ki, sənədlər Azərbaycan Xarici İşlər Nazirliyinə göndəriləcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG