Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:47
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurası partiyanın İctimai Palatadan çıxmasına qərar verib. Bu barədə aprelin 18-də keçirilən növbədənkənar toplantıda qərara alınıb. AMİP-dən verilən məlumata görə, Siyasi Şuranın bəyanatında bildirilir ki, «AMİP İctimai Palatanın qarşısına qoyduğu missiyanın həyata keçirilməsindən yayınmasını, cəmiyyətdə olan etiraz dalğasının yanlış istiqamətdə yönləndirilməsi məsuliyyətini öz üzərinə götürmədiyini bəyan edir».

AMİP-in bəyanatında hakimiyyətin zorakı addımlarını, dinc sərbəst toplaşmaq hüququnun məhdudlaşdırılmasını da pislədiyini bildirib. Eyni zamanda Siyasi Şura aksiyalar zamanı həbs olunanların azadlığa buraxılmasını və qaldırılmış cinayət işlərinə xitam verilməsini də tələb edir.

İctimai Palataya daxil olan Müsavat partiyasının başqanı İsa Qəmbər AzadlıqRadiosuna bildirib ki, İctimai Palata partiyaların birliyi deyil, bu, vətəndaş hərəkatıdır. Onun sözlərinə görə, İctimai Palataya daxil olma partiya şəklində deyil, fərdlərin qurumudur: «İstəyənlərin də qurumu tərk etməsində problem yoxdur».

Günün bütün mövzuları

XS
SM
MD
LG