Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:01

Azərbaycan interneti qismən-azad ölkələr arasında


Freedom House təşkilatının 410 səhifəlik internet azadlığı hesabatı bütün dünya ölkələrini əhatə edir və BMT-nin sifarişi ilə hazırlanıb.

Hesabata görə, Azərbaycan internetə çıxış imkanlarının hökumətin əlində saxlayan dövlətlər siyahısındadır. Azərbaycanla yanaşı bu siyahıda bir çox üçüncü dünya ölkələri - Bəhreyn, Belrarus, Burma, Çin, Kuba, Misir, Efiopiya, İran, İordaniya, Qazaxıstan, Malayziya, Səudiyyə Ərəbistanı, Tailan, Tunis, Turkiyə, Venesuela, Vyetnam və Zimbabve var.

Ümumlikdə hesabatda dünyada internetin ən azad olduğu ölkə Estoniyadır. Ardınca ABŞ, Almaniya, Avstraliya və Böyük Britaniya gəlir. İnternetin ən çox repressiyalara məruz qoyan ölkələr isə İran, Burma, Kuba, Çin və Tunisdır.


Rusiya, Tailand, İordaniya, Venesuela və Zimbabvedə isə repressive ölkələrlə müqayisədə nisbətən daha çox azadlıq var, amma istənilən halda interneti-qeyri azad olan bu ölkələrdə də vəziyyətin pisləşməsi istiqamətində ciddi gümanlar var.


AZƏRBAYCAN

Freedom House-un hesabatına görə, Azərbaycan İnternet Azadlığına müdaxilə indeksində 100 mümkün baldan 48 bal toplamaqla, qismən-azad ölkələr siyahısına düşüb. Azərbaycan çıxışın məhdudlaşdırılması və məzmuna müdaxilə parametrlərində 15, istifadəçi hüquqlarının pozulması sahəsində də 18 bal toplmaqla qismən-azad sayılıb.

Rəqəmlərə görə, 2009-cu ildə əhalinin 27 faizinin internetə çıxışı olub. Amma ölkə əhalisinin ancaq 12 faizinin kompüterləri var. Digələri isə əsasən iş yerləri və internet klublardakı kompütüerlərdən istifadə edir.

Azərbaycanda orta aylıq əmək haqqı 378 dollar olsa da, 1Mbps sürətdə internet əlaqsəinin qiyməti aylıq 25-62 dollar arsında dəyişir. Üstəlik ADSL xidmətlərindən istifadə etmək istəyənlər üçün əlavə modem və qşulma xərcləri də var.

Odur ki, ölkə əhalisinin ancaq 5.9 faizi daimi internet istifadəçisidir. Ancaq 1.1 % geniş zolaqlı interneti var.

Günün bütün mövzuları

XS
SM
MD
LG