Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:40
RUSİYADA 101 MİLYARDER VAR

İki il əvvəl beynəlxalq maliyyə böhranı rusiyalı oliqarxları bərk vurmuşdu. Lakin indi Rusiyanın fantastik dərəcədə zəngin adamları artıq özlərinə gəliblər. Onlar öz dirçəlmələrini səxavətli xərcləri ilə qeyd edirlər.

«Forbes» jurnalının məlumatına görə, ötən illə müqayisədə bu il Rusiyada milyarderlərin sayı iki dəfə artıb. Jurnalın məlumatına görə, bu il Rusiyada 101 milyarder var. Keçən il isə onların sayı 62 nəfər olub. Bu il həm də Moskva Nyu-Yorkdan bu statusu alaraq özünə yenidən ən çox milyarderin yaşadığı şəhər statusunu qaytarıb.

«FACEBOOK» VƏ «TWİTTER»ə MAQNAT İNVESTİSİYASI

Milyarderlərin özünə gəlməsini göstərən əlamətlərdən biri də budur ki, ölkə maqnatları böyük məbləğdə əmlaklar alıblar. Məsələn, internet maqnatı Yuri Milner ilk dəfə «Forbes»in milyarderlər siyahısına düşüb. O, ABŞ-dakı Silikon vahəsində fransız qəsr stilindəki malikanəyə 60 milyon funt-sterlinq verib. Bu malikanənin ərazisi 25 min kvadrat funtdur. Bu Amerikada satın alınmış ən bahalı ailə evi sayılır.

49 yaşlı Milner biznes tərəfdaşı, özbək Alişir Usmanovla birlikdə «Facebook» və «Twitter» kimi məşhur sosial paylaşım saytlarına böyük investisiya qoyub. Alişir Usmanov Arsenal futbol klubunun ikinci böyük səhmdarıdır. Rusiyanın ən böyük dəmir filizi hasilatçısı olan Usmanov maliyyə böhranında böyük zərər görmüşdü. Ancaq indi o «Forbes»in sıralamasında 100-cü yerdən 35-ci yerə sıçrayıb. Jurnalın məlumatına görə, ötən il o öz varidatını 6 milyard funt-sterlinqə qədər artırıb. Hazırda onun varidatı 11 milyard funt məbləğində qiymətləndirilir.

RUSİYANIN İKİNCİ VARLI ADAMI...

Rusiyanın ikinci varlı adamı olan Mixail Proxorovun varidatı 12 milyard funt-sterlinq məbləğində qiymətləndirilir. Böhrandan sonra o da özünə gəlib və 22 milyon funta Seyşel adası alıb. Döyüş sənətinin vurğunu olan Proxorovun ətrafında çox vaxt onlarla cazibədar qadın olur.

Milyarderlərin özünə gəlməsi dünyada poladın və enerjinin qiymətinin bahalaşması və Rusiyada səhm bazarının 20 faiz artımı ilə bağlıdır. Maliyyə böhranında ziyan çəkən başqa bir milyarder Oleq Deripaska idi. Ancaq indi o dünyanın 36-cı varlı adamıdır. Keçən il isə 57-ci yerdə idi.

Maliyyə böhranından çıxan rusiyalı milyarderlər təmtəraqlı şənliklərin də sayını artırıblar. Bu şənliklərdə absurd sayıla biləcək pullar xərcləyirlər. Verilən məlumatlara görə, bu yaxınlarda rusiyalı milyarderlərdən biri Ledi Gagaya onun ad günündə oxuması üçün 2 milyon fut-sterlinq veribmiş.

Yuriy Lujkov və Yelena Baturina
LUJKOVUN HƏYAT YOLDAŞI VARİDATININ YARISINI İTİRİB


Moskvada Bentley və Ferrari kimi bahalı avtomobil markaları da yaxşı satılır. Bu şəhərdə elə gecə klubları var ki, onun bir stolunu bir gecəlik öncədən sifariş etmək üçün 5 min funt-sterlinq pul xərcləmək lazım gəlir.

Ancaq böhrandan heç də hamı yaxşı çıxa bilməyib. Məsələn, Moskvanın keçmiş meri Yuri Lujkovun həyat yoldaşı Yelena Baturina 2 milyard funt-sterlinq dəyərində olan varidatının yarısını itirib. Düzdür, bunun siyasi motivlərlə bağlı olduğu da bildirilir. Başqa bir şəxs, Sergey Polonski isə böhranda çox çətin vəziyyətə düşüb. Elə bir vəziyyətə düşüb ki, bir daha biznesmen adlandırılmamasını xahiş edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG