Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:09

Yaponiya qəzalı elektrik stansiyasında robotlardan istifadə edir


Yaponiyadan verilən məlumata görə qəzalı vəziyyətə düşmüş Fukushima atom elektrik stansiyasında vəziyyəti öyrənmək üçün robotlardan istifadə edilir. Stansiyanı işlədən Tokyo Electric Power şirkəti bəyan edib ki, robotların köməyi ilə stansiyanın daxilində radiasiya səviyyəsi ölçülüb. Robotların verdikləri məlumata görə stansiyada radiasiya səviyyəsi ora mütəxəssislərin göndərilməsinə imkan vermir.

Dünən şirkət stansiyadan radiasiya yayılmasının qarşısının alınmasına dair doqquz aylıq yeni planını elan edib. Plana bu stansiya üçün yeni soyutma sistemi qurmaq da daxildir.

Martın 11-də baş vermiş güclü zəlzələ və onun ardınca da sunamidən Fukushima atom elektrik stansiyasının soyutma sistemləri sıradan çıxıb.

Təbii fəlakətdən 10 mindən çox adam həlak olub, 20 minə yaxın adam da hələ itkin hesab edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG