Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:53

Əhmədinejad ABŞ-ı ərəb ölkələri ilə İranın arasını vurmaqda ittiham edir


İran prezidenti Mahmud Əhmədinejad ABŞ-ı İranla regionun ərəb ölkələri arasında qarşıdurma yaratmaq cəhdində ittiham edib. Həm də əlavə edib ki, bu cəhdlər uğursuz olacaq.

Bu barədə İra prezidenti televiziya ilə canlı yayılan Ordu Günü paradında çıxışında bildirib.

Bazar günü Körfəz Əməkdaşlıq Şurasına daxil olan altı ərəb ölkəsinin nümayəndəsi İranı onların daxili işlərinə qarışmaqda ittiham ediblər. Şuraya Bəhreyn, Küveyt, Qatar, Oman, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri daxildir. Birləşmiş Ərəb Əmirlikləri həmçinin deyib ki, əgər Tehrandakı diplomatlarının mühafizəsi daha yaxşı təşkil edilməsə İrandan öz təmsilçilərini geri çağıracaq.

Şiə dövləti kimi tanınan İran Körfəz Əməkdaşlıq Şurası ölkələrinin Bəhreynə ordu yeritməsini pisləyir.

ABŞ-ın Beşinci Donanmasının yerləşdiyi Bəhreyndə hökumət əleyhinə etirazlar qonşu ölkələrdən gətirilən ordu hissələrinin köməyi ilə yatırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG