Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:47

İctimai Palata: 17 aprel aksiyası baş tutub


İctimai Palatanın Koordinasiya Şurası hesab edir ki, 17 aprel aksiyası baş tutub. Aprelin 18-də qurumun iclası keçirilib.

Koordinasiya Şurasının üzvü Mehriban Vəzir:

«Aksiya o zaman baş tutmazdı ki, İctimai Palatanın çağırışına heç kim reaksiya verməsin. Amma polis tərəfindən saxlanan adamların sayı barədə qeyri-rəsmi, hətta rəsmi rəqəmlər də aksiyanın baş tutduğunu deyir».

M. Vəzir bildirib ki, İctimai Palata aprelin 29-da sessiya keçirəcək və növbəti addımlarını müzakirə edəcək:

«Bir də qərara alındı ki, İctimai Palatanın Qadın Komitəsi yaradılsın və AXCP sədrinin müavini Gözəl Bayramlı komitənin sədri olsun».

17 aprel aksiyası zamanı saxlanan Gözəl Bayramlı 5 sutka azadlıqdan məhrum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG