Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:37

İllik inflyasiya 15 faiz?


Ay ərzində Azərbaycanda istehlak qiymətləri 1.46 faiz artıb

Ay ərzində Azərbaycanda istehlak qiymətləri 1.46 faiz artıb

Son 12 ayda ölkədə inflyasiya 15 faiz olub.

İqtisadi Tədqiqatlar Mərkəzi Azərbaycanın 10 regionunda 2011-ci ilin mart ayı ərzində apardığı müşahidə zamanı bu nəticəyə gəlib.

Ay ərzində Azərbaycanda istehlak qiymətləri 1.46 faiz artıb. Bakıda 1.56 faiz, regionlarda isə 1.35 faiz bahalaşma olub.

Ən çox bahalaşma sümüklü mal əti (11.17 faiz), buğda unu (8.83 faiz), alma (8.68 faiz), kərə yağı (5.56 faiz) və ağ kələmdə (3.92 faiz) qeydə alınıb.

Ən çox ucuzlaşma isə toyuq yumurtası (54 faiz), göyərti (18.07 faiz), banan (9.21 faiz), təmizlənmiş düyüdə (5.99 faiz) müşahidə edilib.
Hökumət rəsmiləri isə bildirirlər ki, ölkədə inflyasiya hələlik bir rəqəmlidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG