Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:52

Emil Məmmədov Astarada dəfn ediləcək


Bu barədə AzadlıqRadiosuna Novruzəli Məmmədovun qardaşı Məhərrəməli Məmmədov məlumat verib.

E.Məmmədov Astaranın Gəzəndaş qəbiristanlığında atasının yanında dəfn ediləcək. Onun qardaşı K.Məmmədov da həmin qəbiristanlıqda torpağa tapşırılıb.

E.Məmmədov atasının ölümündən sonra maşın qəzasına düşmüşdü. Qəzadan aldığı xəsarətdən əziyyət çəkirdi. Moskvaya müalicə almaq məqsədi ilə gedibmiş və orada vəfat edib.

Ailənin sonuncu övladı olan E.Məmmədovun cənazəsi təyyarə ilə Bakıya gətiriləcək.

Talış Mədəniyyət Mərkəzin sədri Novruzəli Məmmədov 2009-cu ildə həbsxanada, böyük oğlu Kamran Məmmədov isə 2007-ci ildə vəfat ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG