Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:39

Gəncədə 5 çörəkbişirmə sexi bağlanıb


Aprel ayında 23 çörəkbişirmə sexində yoxlama keçirilib, onların sanitar-gigiyenik normalara cavab verməməsi müəyyənləşib.

Bu barədə Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar şöbəsinin müdiri Zemfira Ağayeva məlumat verib.

Bu ay şəhərdə 5 çörəkbişirmə sexi fəaliyyətini dayandırıb. Onlardan biri akt əsasında təmirə dayanıb. Yerdə qalan 4-ü isə təklif əsasında yenidən qurulur.

Z. Ağayeva bu tədbirləri çörəkbişirmə sexlərinin gigiyenik tələblərə cavab verməməsi ilə əlaqələndirir.

Gəncədə ümumən 40 yaxın çörəkbişirmə sexi var.

Günün bütün mövzuları

XS
SM
MD
LG