Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:16

Süleyman Sani Axundov "Qaraca qız" (2) "Qorxulu nağıllar" seriyasından


əvvəli

Onlar gəlib almalığa çatdılar. Qırmızı ətirli almaları gördükdə, Qaraca qızın gözləri parladı.

- Baba, nə gözəl almalardır.
- Qızım, bağımızda hər cür meyvə var, dərib yeməyi qadağan etmirəm,
ancaq ac qarına yeməyəsən, yoxsa azarlarsan. İndi sən ağaca çıx, almaları dər, mən də səbətə yığım.

Qaraca qız tez ağaca dırmaşdı, almaları dərib yere tökməyə başladı. Ağzını da bikar qoymurdu. Bir azdan sonra Piri baba dedi:

- Qızım, daha bəsdir, düş gedək bir qədər armud, üzüm və hulu yığaq.
Qaraca qız düşdü. Almalardan cəvərəninə qoyub yenə Qara köpəyin boynuna
asdı. Armudluğa gedərkən birdən Qara köpək cəvərəni yerə atıb ildırım kimi
götürüldü. Qaraca qız tökülmüş almaları yığarkən baxıb gördü ki, bir balaca pişik
qaçır, Qara köpək də istəyir onu tutsun. Bunu görcək Qaraca qız cəld qalxıb
yüyürə-yüyürə Qara köpəyi geri çağırdı. Lakin nə qədər qışqırdısa o, pişikdən əl
çəkmədi. Piri baba da çağırdı, Qara köpək onun da sözünə qulaq asmadı. Qara
köpək az qalmışdı ki, onu tutsun pişik cəld armud ağacına dırmaşıb özünü qızmış
köpəkdən xilas edə bildi. Qaraca qız bu işdən xeyli şad olub, əllərini bir-birinə
vura-vura qaqqıltı ilə gülməyə başladı.

- Dızz, Qara köpək, dızz, necəsən, tuta bildinmi, - deyə Qara köpəyə yanıq
verdi.
Qara köpək isə işi belə gördükdə ağacın dibində elə həşir etməyə başladı ki,
sanki bu saat pişiyi səsi ilə qorxudub yerə salacaqdı. Yızıq pişik hərçəndi hündürdə
idi və əl çatan yerdə deyildi, lakin bununla belə titrəyə-titrəyə gözlərini Qara
köpəkdən çəkə bilmirdi. Qaraca qız özünü ağaca yetirib dırmaşmağa başladı. Pişik
onu görüb oturduğu budaqdan yuxarı çıxmadı. Qaraca qız ona yaxınlaşıb gördü ki,
xallıca gözəl bir pişik balasıdır. Piri kişi də Qaraca qızın almalarını cəvərənə
doldurub armud ağacının dibinə gəldi. Bu halda Qara köpək bir qədər sakit
olmuşdu. Amma yenə də gözləri ağacda idi.
- Baba, bax, nə gözəl pişik baiasıdır, bunu aparıb evimizdə saxlayacayam.
- Çox yaxşı, qızım, apar. İndi o, armudları da dər, sonra düş.
Qaraca qız armudları dərib, pişiyi qucağına alaraq yerə düşdü.
Qara köpək əvvəl bir qədər özünü rahatsız saxladı, sonra Qaraca qızın səyilə
bilmərrə sakit oldu və axırda pişiyə də dəyməyib onunla dostluq binasını qoydu.
Meyvələr hazır olduqda Piri baba dedi:
- İndi bunları ağalığa aparmaq lazımdır. Qapıya kimi mənə kömək et, sonra
mən özüm apararam.
- Baba, məgər mən ağalığa gedə bilmərəm?
- Yox, qızım, getsən Pəricahan xanıma xoş gəlməz, elə bilər ki, onun
əmrindən çıxırıq.
Qaraca qız Piri kisini bağın qapısına kimi ötürüb öz xal-xal pişiyini qucağına
aldı, bağı gəzməyə başladı. Çəpərin qırağı ilə gedərkən, Qaraca qız gördü ki, Ağca
xanım da mürəbbiyəsi ilə skamyanın üstündə oturub kitab oxuyur. Görünürdü ki,
Ağca xanım kitabı fikirlə oxumur və oxuduğunu da sevmirdi. Bu halda bir gözəl
kəpənək gəlib Ağca xanım oturduğu skamyanın üstünə qondu. Ağca xanım
gizlincə kəpənəyi tutmaq istədisə də lakin tuta bilmədi. Bunu mürəbbiyə görüb çox
acığı tutdu və hirsli Ağca xanımın əlindən tutub evə apardı.
Qaraca qız bir müddət dayandı ki, görsün Ağca xanım yenə bağçaya çıxacaqmı.
Bir azdan sonra mürəbbiyə yalnızca gəlib skamyanın üstündə əyləşdi və kitab
oxumağa məşğul oldu. Qaraca qız duydu ki, o, Ağca xanımı evə salıb dustaq etdi.
Bu işdən rəhmdil Qaraca qızın nə qədər Ağca xanıma ürəyi yanıb yazığı gəldisə,
bir o qədər də mürəbbiyəyə düşmənçiliyi artdı.

Ağalıq evi təzə qayda ilə tikilmiş iki mərtəbə gen-bol bir imarət idi. Bundan
başqa evin baş tərəfində üç balaca otaqdan ibarət bir qədim tikili də vardı. Bu,
Hüseynqulu ağanın babasından qalma köhnə bir imarət idi. Bu evin pəncərələri
xırda və rəngbərəng şüşələrdən ibarət idi. Bu evlərdə heç kəs olmurdu. Həmişə iki
otağın ağzı bağlı olardı. Orada Hüseynqulu ağanın babasından qalma əntiq şeyləri
saxlanırdı. Ancaq üçüncü otaq qədim yaraqlar və zinətli şeylərlə bəzənib
Hüseynqulu ağa üçün açıq saxlanırdı. Burada Hüseynqulu ağa nahardan sonra
uzanıb bir az rahatlıq edərdi. Bu otağın bircə dənə pəncərəsi vardı, o da qeyri
pəncərələr kimi yana açılmayıb, yuxarı çəkilirdi. Onun xırdaca və rəngbərəng
şüşələri içəriyə bir o qədər işın buraxmazdı, ona görə də otağın içi qaranlıq idi. Bu
otaq ağalıqda "Baba otağı" adı ilə məhşur idi. Axır vaxtlarda Ağca xanım müqəssir
olduqda, onu tənbeh üçün bu otağa salırdılar. Qaraca qız çəpər uzunu gəlib, evin
başına çatdıqda gözləri nağıl etdiyimiz Baba otağına sataşdı. Pəncərənin abı, yasıl,
qırmızı, Sarı və qeyri rəngli şüşələri Qaraca qızın diqqətini cəlb etdi. Çəpər hündür
olduğundan Qaraca qız bu otağı yaxşı görə bilmirdi, ona görə də bir ağaca çıxdı ki,
oradan baxsın. Bunu Ağca xanım içəridən görürdü. Barmağı ilə şüşəni döydü ki,
özünün orada olduğunu Qaraca qıza bildirsin; birdən şüşə cingilti ilə sınıb yerə
töküldü. Bundan hər ikisi qorxuya düşdü. Qaraca qız ağacdan yerə düşmədisə də,
yarpaqların qalın yerində özünü gizlətdi. Bir azdan sonra Ağca xanım sınan
şüşənin yerindən baxıb yavaşcadan Qaraca qızı çağırdı. O da özünü ona göstərib
dedi:
- Ağca xanım, səni orada mürəbbiyənmi dustaq eləmiş?
- Bəli, onu sən haradan bildin?
- Mən bayaq çəpərin arasından güllü bağçaya baxırdım, sən də kitab
oxuyurdun. İstəyirdin kəpənəyi tutasan, mürəbbiyənin sənə acığı tutdu, dustaq etdi.
- Doğru deyirsən, anamın və mürəbbiyəm Mariya İvanovanın acığı tutanda,
məni buraya salırlar. Ah, sən nə xoşbəxt uşaqsan. Mənim kimi dustaq olmayıb
özün üçün bağda azad gəzirsən.
- Sən də həmişə dustaq olmursan ki, qeyri vaxtlarda mənim kimi gəzirsən.
- Yox, məni heç kəs ilə oynamağa qoymurlar, gəzəndə həmişə Mariya
İvanovna yanımda olur. Mən onunla gəzməyi sevmirəm.
Qaraca qız dedi:
- Nə etməli, səni mənimlə oynamağa qoymurlar.
- O qucağındakı nədir, - deyə Ağca xanım soruşdu. Qaraca qız xallı pişiyi
ona göstərib dedi:
- Bu pişik balasını bu sabah bağdan tapmışam.
- Ah, nə gözəl pişikdir, - deyə Ağca xanım köksünü ötürdü.
- İstəyirsən, sənə bağışlayım.
- Çox yaxşı, gətir bu deşikdən ver.
- Oraya nə tövr gəlim, qapıdan gəlsəm, məni görərlər və qoymazlar.
- Gör çəpərdən keçə bilərsənmi?
- Yaxşı, görüm keçə bilərəmmi, - deyə Qaraca qız ağacdan düşüb çəpərdən
keçməyə yol axtarmağa başladı. Gəzərkən çəpərin altından su arxının yolunu
gördü, bu deşikdən Qaraca qız xeyli çətinliklə evin dal həyətinə çrxdı. Sonra
gizlincə gəlib pəncərənin qabağına çıxdı. Ağca xanım sevinə-sevinə dedi:
- Haradan keçdin?
- Su arxının deşiyindən. Al, gör nə yaxşı pişikdir.
Ağca xamm pişiyi alıb bağrına basdı. Qaraca qız deşikdən içəri baxıb dedi:
- Nə gözəl otaqdır, nə çox yaraq asılmışdır.
Ağca xanım dedi:
- Mən buranı sevmirəm, özüm də qorxuram. Pəncərəni aça bilsəydim sən də
gələrdin, burada söhbət edərdik. Ancaq onu yuxarı qaldırmaq lazımdır. Mənim də
gücüm çatmır. Qoy görüm, Mariya İvanovna qapını daldan bağlamış ya yox. Bunu
deyib Ağca qapını çəkdi, qapı açıldı.
- Ah nə yaxşı oldu, tez ol gəl.
Qaraca qız ətrafına baxa-baxa cəld içəri girdi. Hər ikisi sevinərək bir-birini
qucaqladı. Sonra da şirin söhbət etməyə başladılar.
Bu vaxt Mariya İvanovnanın oxuduğu kitab xeyli maraqlı olduğundan başı
qarışıb, Ağca xanımı bir saat əvəzinə iki saat dustaq etdiyindən xəbəri yox idi.
Lakin bu unudulmağa Ağca xanım çox şad idi. O, Qaraca qızı vaxtında qaçırmaq
üçün tez-tez qapıya çıxıb baxırdı ki, görsün mürəbbiyəsi gəlirmi. Bir dəfə də
çıxanda anasını yanında hazır gördü. Bu ittifaqdan Ağca xanımın rəngi qaçıb
bədəninə titrətmə düşdü. Özünü elı itirmişdi ki, anasının sualına cavab verə
bilmirdi.

Pəricahan xanım Baba otağını açıq görüb fikir etdi ki, Hüseynqulu ağa içəridə
olar, bu qəsd ilə oraya girmək istədikdə Ağca xanım lap özünü itirib onun qabağını
kəsdi:
- Ana, buraya girmə, girmə, - deyə özü də ağlamağa başladı.
Pəricahan təəccüblü ikən Mariya İvanovna gəlib çıxdı və ondan qızının dustaq
olmağını bildi. Pəricahan xanım, mürəbbiyə və onların arxasınca Ağca xanım otağa
girdilər. Pəricahan xanım pişiyi görüb soruşdu:
- Bundan ötrümü qorxdun? Nə gözəl pişikdir, bunu saxlamağa sənə izin
verirəm.
Ağca xanım Qaraca qızı içəridə görməyib bir qədər ürəkləndi, Qaraca qız isə
divanın altına girib gizlənmişdi. Hər üçü otaqdan çıxıb qapını bağladılar və nahar
yeməyinə getdilər. Qaraca qız qapısı bağlı evdə qaldı.
Xanımlar gedəndən sonra Qaraca qız cəld divanın altından çıxıb qapıya
yüyürdü ki, bir kəs gəlməmiş buradan getsin. Lakin qapını daldan cəftələnmiş
görüb məyus qaldı. Sonra pəncərəni çəkmək fikrinə düşdü, amma nə qədər
çalışdısa, bir şey bacarmadı, çünki pəncərənin yuxarıdan iki nazik dəmir mil ilə
bağlı olduğunu anlamayıb, ancaq var gücü ilə yuxarı qaldırırdı. Xeyli çalışdıqdan
sonra Qaraca qız ümidsiz divanın üstündə oturdu. O, xeyli təşvişdə idi, çünki
bilirdi ki, bu sirrin üsrü acılsa, Pəricahan xanım onu buradan qovub, qızına da
böyük tənbeh edəcəkdir. Bir az oturandan sonra Qaraca qız yenə pəncərəni çəkmək
fikrinə düşdü, bu səfər diqqət yetirdikdə, nəzəri dəmir millərə sataşdı, dərhal qalxıb
onları çıxartdı və sonra pəncərəni çəkməyə başladı. Pəncərə hərçənd ağır idi, amma
Qaraca qız da qüvvətli idi. O, pəncərəni qaldırıb altından cəftə ilə bənd elədi. Sonra
pəncərədən çıxıb qapını açdı. Pəncərəni saldı, bayıra çıxıb qapını bağladı, gəldiyi
deşikdən bağa girib komalarına getdi.
Bu vaxt Ağca xanım Qaraca qız barəsində artıq dərəcədə iztirabda idi.
Boğazından əsla çörək getmirdi, fikri müdam Qaraca qızın yanında idi. Hətta
qəsdən şorbanı süfrəyə tökdü ki, bəlkə onu tənbeh edib yenə Baba otağına salarlar,
lakin bu hiylə onu muradına çatdırmadı; çünki Pəricahan xanım qızının rəngi
qaçdığını görüb təşvişə düşdü:
- Qorxma, qızım, eybi yoxdur, xörəyi süfrəyə qəsdən dağıtmadın ki, özü
töküldü. Yoxsa, qızım, azarlısan?

Bunu deyib Pəricahan xanım əlini qızının alnına qoydu:
- Doğrudan da qızdırman var. Bir az şorba iç, sonra yatacaqsan.
Daha bu gün heç yerə çıxmayacaqsan.
Bu əhvalatdan Ağca xanım daha da artıq təşvişə düşüb dedi:
- Yox, ana, mən azarlı deyiləm. Məni yatacaq otağına göndərmə.
Hüseynqulu ağa üzünü arvadına tərəf tutub dedi:
- İndi sapsağ qızı azarlı edəcəksən.
- Rica edirəm, mənim tərbiyə verməyimə qarışmayasan.
- Nə üçün, mən ata deyiləm?
- Atasan, ancaq nadansan. Nadan atadan qız nə tərbiyə götürə bilər?
Hüseynqulu ağa cəld yerindən qalxıb acıqlı-acıqlı yumruğunu masaya elə bərk
vurdu ki, boşqablar bir-birinə dəydi:
- Sus! Tezliklə sənə göstərərəm ki, bu evin sahibi mənəm... - Bunu deyib
Hüseynqulu ağa qabağındakı boşqabı götürüb yerə çaxdı və hirsli, yemək
otağından çıxdı.
- Get, piyan soldat, - deyə Pəricahan xanım bağırdı.
Bu hadisədən yazıq Ağca xanım titrəyərək göz yaşı tökməyə başladı. Pəricahan
xanım mürəbbiyəyə dedi:
- Bu qızı otağına apar, soyundurub rahat et. Sonra geyin, bəzi şeylər almaq
üçün şəhərə gedəcəyik.
Dayə Ağca xanımla getdilər. Pəricahan xanım da öz otağına getdi.
Bir azdan sonra Pəricahan xanım mürəbbiyə ilə faytona minib yola düşdü.
Anası gedəndən sonra Ağca xanım bir müddət otaqda qalıb pəncərədən baxdı,
oradan dəmiryol stansiyası görünürdü. Vağzal Hüseynqulu ağanın mülkündə
tikilmişdi. Hərdənbir Ağca xanım öz mürəbbiyəsi ilə oraya gəzməyə gedərdi.
Birdən vaqon fit verdi.
- Hə, anamgil getdi. Bir də axşam çağı gələcəklər, indi gedim Qaraca qızı
dustaqdan xilas edim. - Bunu deyib, Ağca xanım cəld geyindi və çıxıb Baba
otağına tərəf getdi. Oraya yetişdikdə gördü ki, otağın qapısı cəftəsizdir. Yavaşca
qapını açıb içəri girdi. Gördü ki, atası divanın üstündə uzanıb sığara çəkir və ondan
başqa da içəridə kimsə yoxdur. Bu ittifaqə Ağca xanım həm şad oldu və həm də
təəccüb etdi. Bu vaxt atası onu gördü.

- Hə, qızım, dustaqlıqdan qaçmısan. Çox da yaxşı etmisən. O, dəli ananın
sözlərinə qulaq asma, gəl bir az ata-bala söhbət edək.
Ağca xanım atasının belə mehriban rəftarından istifadə edərək, onun qucağına
atıldı. Sonra başını əyib divanın altına baxdı və Qaraca qızı orada görməyib mat
qaldı. Hüseynqulu ağa soruşdu:
- Qızım, nə üçün mat qalmısan? Söhbət elə görək nə var, nə yox. Ağca
xanım soruşdu:
- Ata, sən çoxdanmı buradasan?
- Nahardan sonra gəldim, qızım.
- Sən gələndə qapı açıq idimi?
- Yox, mən özüm açdım. - İçəridə kim vardı?
- İçəridə, bax, bu xallı pişik vardı, - bunu deyə-deyə Hüseynqulu ağa dal
tərəfində qıvrılıb yatmış pişiyi ona göstərdi. - Qızım, bundan ötrümü soruşdun?
Ağca xanım pişiyi alıb dedi:
- Yox, ata, bundan ötrü soruşmuram.
- Bəs kimdən ötrü soruşursan?
Ağca xanım cavab verməyib fikrə getdi.
- Qızım, nə üçün fikrə getdin? Uşaq atasından söz gizlətməz.
Ağca xanım bilirdi ki, atası arvadının acığına Qaraca qızla oynamağa ona izin
verər. Ona görə sirri açmaq istədi. Atasının boynunu qucaqlayıb dedi:
- Ata, anama deməzsən ki, söyləyim.
- Demərəm, qızım, söylə.
Ağca xanım əhvalatı ona söyləyib soruşdu:
- Ata, bes Qaraca qız buradan necə çıxmışdır.
- İndi mənim Piri kişi ilə işim var. Sən də mənimlə gedərsən, orada Qaraca
qız ilə oynarsan və həm də onun buradan necə çıxmasını özündən soruşarsan. -
Bunu deyən Hüseynqulu ağa divanın üstündən qalxdı. Ağca xanım şadlığından
bilmirdi ki, nə etsin.
Hüseynqulu ağa qızı ilə bağı gəzirkən Piri kişinin daxmasına çatdı. O vaxt Piri
kişi qapısında oturub səbət hörürdü. Qaraca qız da arxda qabları yuyub, daxmaya
girirdi. Qaraca qız Hüseynqulu ağanı görüb qorxuya düşdü. O, içəridən döşək
gətirib yaşıl otların üstünə saldı. Hüseynqulu ağa oturdu və üzünü qızlara tutub
dedi:

- Siz də gedin bağda oynayın.
Qaraca qız qavalını götürüb Ağca xanımilə gəzməyə və oynamağa getdilər.
Ağca xanım və Qaraca qız əl-ələ verib bağda qaçmağa və oynamağa başladılar.
Ağca xanım başına gələni Qaraca qıza nağıl etdi, o da Baba otağından necə
çıxdığını ona söylədi. Bunlar öz aralarında söz qoydular ki, mümkün olduqca Baba
otağında görüşsünlər. Qaraca qız Ağca xanıma qaval çalıb, mahnı oxumağı və
oynamağı öyrədirdi. Axırda hər ikisi göy otun üstündə oturub söhbət etməyə
başladılar. Ağca xanım bu halda çox şad idi. Ancaq anasının bir neçə saatdan sonra
qayıtması yadına düşdükcə ürəyi sıxılırdı.
Bir azdan sonra Hüseynqulu ağa Piri kişi ilə gəlib qızlar oturduğu yerə çıxdılar.
Bunlar qızları götürüb arı pətəklərinin tamaşasına getdilər. Qızlar arıların
işləməsinə çox həvəslə baxırdılar. Piri kişi bir pətəyə çatdıqda dedi:
- Bu pətəyin arıları çox vurağandılar, qızlarım, bunlardan özünüzü gözləyin.
Bir başqa pətəyə çatdıqda gördülər ki, buranın arıları pətəyin ağzında qarışqa
kimi qaynaşırlar. Bunu gördükdə Piri kişi dedi:
- Yaxşı vaxtda gəlmişik, bu saat buranın arısı beçə verəcəkdir. - Sonra
üzünü Qaraca qıza tərəf tutub dedi. - Qızım, qaçaraq get, evimizdən o gün sənə
göstərdiyim ağ torbanı götür gəl.
Qaraca qız yüyürərək getdi, bir azdan sonra arılar pətəkdən dəstə-dəstə çıxıb
uçmağa başladı. Piri kişi onların dalınca düşdü. Axırda aılar bir gilas ağacının
budağına qondular. Bir dəqiqə keçmədi ki, bir-birinin üstünə qonaraq üzüm salxımı
kimi ağacdan sallandılar. Bu zaman Qaraca qız torbanı gətirdi. Hamı ağacın altında
hazır oldu. Piri kişi Ağca xanıma dedi:
- Ağca xanım, hər yuvada bircə dişi arı olar, ona şah deyərlər. Bir yuvada
iki şah olanda dava olur. Yeni doğmuş şah məcbur olur uçub başqa yuva arasın. O
vaxt onun dalına yeni törəmiş arılar düşürlər. Bax, gör yeni şahın qoşunları onu nə
cür əhatə etmişlər. İndi biz onu tutub təzə arı səbətinə salmalıyıq. Onda arılar da
onun başına cəm olacaqlar.
Bu sözlərdən sonra Piri kişi üzünü Qaraca qıza tərəf tutub dedi:
- Qızım, çıx ağaca və bu sallanan arıları torbanın içinə salıb ağzını büz.
Qaraca qız pişik kimi ağaca dırmaşmağa başladı. Ağca xanım Piri kişidən
soruşdu:
- Baba, o arılar Qaraca qızı sancmazlarmı?

- Yox, xanım, arını incitməsən və onlardan qorxmasan adamı sancmazlar.
Qaraca qız arı dəstəsini torbaya salıb ağzını büzdü. Piri kişi dedi:
- İndi, qızım, budağı silkələ, arılar torbaya tökülsün, ya da budağı sındır,
torbanın içində qalsın.
Qaraca qız budağı sındırdı və aşağı endi. Piri kişi torbanı ondan aldı. Hamı
arılığa gəldi. Piri kişi torbadakı arıları bir boş pətəyə boşaltdı.
- Ağca xanım, bu pətəyi sənin adına saxlayacağam və balı da öz ixtiyarında
olacaqdır. Haçan könlün bal istədi, gələrsən, kəsib verərəm.
Bundan Ağca xanım çox şad oldu. Hüseynqulu ağa dedi:
- Qızım, bu da sənin arın, indi gəl gedək, bir azdan sonra anan gələcəkdir.

* * *

Axşam çağı Pəricahan xanım Mariya İvanovna ilə şəhərdən gəlib çıxdı.
Pəricahan xamm Ağca xanımı çox şad və yanaqlan qızarmış görüb dedi;
- Bax, qızım, mənə qulaq asıb evdən bayıra çıxmadın, ona görə sağalıb
rongin özünə gəldi. Gör, qızım, sənə nə qəşəng şeylər gətirmişəm.
Ağca xanım, anası gətirdiyi gözəl kuklalara, başqa oyun şeylərino və şirin
yeməli şeylərə baxıb çox şad oldu. Bu vaxt Ağca xanımm arzu etdiyi bir şey
vardısa, o da bu şeyləri Qaraca qıza göstərib onunla bölüşmək idi. Bu da ancaq
Baba otağmda mümkün idi.
Ağca xanımm təbiəti çox həlim idi, özü də sozə baxan bir qız idi. Lakin Qaraca
qız ilə görüşmək arzusu onda o qədər artıq idi ki, mürəbbiyəsinin əmrindən çıxıb
tez-tez özünü Baba otağına saldırırdı.
Ağca xanımın gündən-günə sağlam olmağı anasını nə qədər şad edirdisə, bir o
qədər də mürəbbiyəsinin əmrindən çıxıb özünə tənbeh etdirməyi onu qəmgin
edirdi. Bu barədə Pəricahan xanım ərinə şikayət edəndə, Hüseynqulu ağa rişxəndlə
deyirdi:
- İki böyük arvad bir balaca uşağı tərbiyələndirə bilmirsinizmi. Mən sizə
məsləhət görürəm ki, onu tez-tez Baba otağına salıb dustaq edəsiniz.
Bu kimi hallarda Hüseynqulu ağa qızına acıqlanıb Baba otağına göndərərdi və
gizlin Qaraca qıza xəbər verərdi.

* * *

Piri kişi Qaraca qızın Ağca xamm ilə gizlin görüşüb dostluq etməsinə əsla razı
deyildi, O bilirdi ki, quduz bəyzadələrdən başqa, qeyrilərini insan dərəcəsinə
qoymayan Hüseynqulu ağa bu yetim qızı arvadının acığına Ağca xanımın yanına
buraxır. O biri tərəfdən Piri kişi düşünürdü ki, bu sirr açıldıqda Pəricahan xanım
Qaraca qızı qovacaq Piri kişinin bir də narazılığı onda idi ki, Hüseynqulu ağa
ziynətli qaraçı libası tikdirib Qaraca qıza geyindirirdi və öz qonaqlıqlarında
oynadırdı.
Bunun üstündə Piri kişinin Hüseynqulu ağaya çox acığı tuturdu. Lakin qızı
onun əlindən almaqdan aciz idi. Piri kişinin fikri yanlış deyildi Belə ki, bir dəfə
Hüseynqulu ağa böyük qonaqlıq edib çox adam çağırmışdı. Bu qonaqlıqda oxuyub
çalan dostəsi də vardı. Hüseynqulu ağa Qaraca qızın dalınca nökər göndərdi ki,
gəlib oynasın. Bu vaxt Qaraca qıza soyuq dəydiyinə görə yerdə yatırdı. Piri kişi
qızı getməyə qoymadı. Bu ittifaqdan sərxoş ağa artıq dərəcədə qəzəbnak olaraq,
ikinci dəfə nökəri göndərdi ki, qızı yerdən qaldırıb gətirsin, Piri kişi əlacsız
qaldıqda Qaraca qız qalxıb qaraçı paltarını geydi və qavalını əlinə alıb yola düşdü.
Qaraca qızın özünün də oynamağa meyli çox idi. O, rəqs etməyi olduqca
severdi. Odur ki, məclisə mübariz istəyən pəhləvan kimi atıldı. Bir məharətlə
oynamağa başladı ki, bütün danışıq və səs kəsildi. Qaraca qız elə coşmuşdu ki,
orada olan adamlar onun gözündən itmişdi. Ancaq öz ustadı olan Yasəınən
gözünün önündə durmuşdu. Birdən Qaraca qız elə bir tərzdə fırlandı ki, baxanların
nəzərində bir şar kimi göründü. Qəflətən Qaraca qız bir dizi üstü çökərək əlinin
birini qaval ilə yuxarı tutub, o birini belinə qoydu.
Rəqsi belə bitirmək Qaraca qızın adəti idi. Qaraca qız qonaqlar tərəfindən
gurultulu alqışlandı. Sonra hamı rica etdi ki, bu oyunu bir də təkrar etsin. Qaraca
qız qəbul etmədi. Hətta Hüseynqulu ağanın da sözünə baxmadı. Hamının ümidi
kəsilmişdi ki, birdən Ağca xanım ortaya çıxıb, çalğıçılara həmin rəqsi çalmağı əmr
etdi. Hamı təəccüb ilə ona baxırdı. Çalğıçılar çaldılar, Ağca xanım da oynamağa
başladı. Bunun oynamağı gözəl və qaydalı idi. Hər hərəkətindən məlum edirdi ki,
bu, Qaraca qızın şagirdidir. Bir-iki dövrə vurandan sonra Qaraca qızı cağırdı, o da
dərhal sıçrayıb ortalığa girdi və hər ikisi qabaq-qabağa oynamağa başladı. Bu xəbər bir anda ağalıq xidmətçilərinə yayıldı.

Onlar dəstə ilə yüyürüb qapının ağzından tamaşa etməyə başladılar. Bu xəbər
Pəricahan xanıma da çatdı. O da tamaşaya gəldi. Ancaq o, qızının oynamağına əsla
şad olmayıb acığından bilmirdi ki, nə etsin.
Qızlar oynamaqlarını bitirdilər, hər tərəfdən onlar alqışladılar. Hüseynqulu ağa
fərəhlənib qızını bağrına basdı. Bəylər onu tərif edib başını sığalladılar.
Bir azdan sonra Pəricahan xanım qulluqçusunu göndərib Ağca xanımı yanına
çağırtdı. Hüseynqulu ağa duydu ki, arvadı qızını tənbeh etmək üçün çağırır. Bu
fikir düz də çıxdı. O biri otaqdan Pəricahan xanımın bağırtısı gəlirdi. Hüseynqulu
ağa səbir edə bilməyib qonaqlardan üzr istədi və Pəricahan xanımın yanına gəlib
gördü ki, Ağca xanım hönkürtü ilə ağlayır və Pəricahan xanım da qışqırır:
- De görüm, bu oynamağı sənə kim öyrətmişdir?
Hüseynqulu ağa dedi:
- Buyur, cavabım mən verim, bunu Qaraca qız öyrətmişdir. Sözün nədir?
- Qaraca qız onu harada görürdü ki, öyrətsin. Mən onunla görüşməyi
qadağan etməmişdimmi?
- Sən etmişdin, lakin mən etməmişdim. Bu evin sahibi mənəm, yoxsa sən?
Kimin həddi var bundan sonra mənim əmrimdən çıxsın...
Pəricahan xanım indiyə qədər ərini bu dərəcədə hirsli görməmişdi.
- İndi ki, belədir, daha mən bu evdə nə üçün oturmuşam.
- Özün bilərsən, oturursan-otur, gedirsən-get. Bunu bilməlisən ki, bundan
sonra mən öz istədiyim kimi davranacağam.
O biri otaqdan bəylər onun səsini eşitdilər. Rəhim bəy və Səlim bəy onun
ailəsinə məhrəm olduqları üçün onları sakit etməyə gəldilər. Hüseynqulu ağanı
çəkib o biri otağa apardılar. Bu itifaqdan qonaqlar pərişan olub bir-bir dağılmağa
başladılar. Ancaq Rəhim bəy ilə Səlim bəy qaldılar ki, ər ilə arvadı barışdırıb,
getsinlər. Bunlar istədiklərinə çatdılar. Hüseynqulu ağanın hirsi yatıb arvadına
dedi:
- Nə üçün razı olmursan Ağca xanım oynasın, oynamağın nə zərəri var ki?
Səlim bəy dedi:
- Pəricahan xanım, mənim qızım Ağca xanım kimi oynamaq bilsəydi, onun
başına dolanardım. Amma nə etməli ki, atası kimi şüursuz çıxıb, ayaq atmağı da
bilmir.
Rəhim bəy dedi:
- Uşaq tayfası Ağca xanım kimi oynamağa, gülməyə yaranmışdır.
Yoxsa, mənim qızım kimi qaradinməzdən nə fayda.
Pəricahan xanım onun sözünü kəsərək dedi:
- Mən dəmirəm ki, qızım oynamaq bilməsin, lakin mən deyirəm ki, Mehdi
ağanın nəvəsi Ağca xanıma bir qaraçı qızı ilə yoldaş olub, oturub-durmaq
yaraşmaz. Bu ittifaqdan sonra, mən Ağca xanımı burada qoya bilməyəcəyəm. Mən
irəliki kimi şəhərə köçəcəyəm və qızımı da pansiona verəcəyəm. Hüseynqulu ağa
burada qalsın, çünki şəhərdə yaşamağı sevmir.
Hüseynqulu ağa buna razı oldu.

* * *

Sabahısı günü Ağca xanım anası ilə şehərə köçdü. Yazıq qızcığaz istəkli dostu
Qaraca qızla görüşe bilmədi. Ağca xanımın şəhərə koç-məsi Qaraca qıza böyük
təsir etdi. Bir tərefdən Ağca xanımın aynlıq həsrətİ, o biri terəfdən də onun ataanasının
arasma ədavət düşməsi Qaraca qızı çox qəmgin edirdi. Onu şad edən bir
şey varsa, o da qonaqlıqda zühur edən ittifaqdan sonra Hüseynqulu ağanın
günlərini dostu Səlim bəy və Rəhim bəygildə keçirib öz evində az görünməsi idi ki,
beləliklə də Qaraca qızı da oynanıağa çağırmırdı. Bundan elavə Qara-ca qız özü də
oynamağı tərk etmişdi. O, günlərini bağda keçirirdi. Yoldaşı da Qara köpək idi. Bu
it Qaraca qızla elə dost olmuşdu ki, yanından iraq olmaq istəmirdi. Qaraca qız da
onu elə öyrətmişdi ki, hər istədiyini edirdi. Piri kişi həmişə bunları bir yerdə
görəndə gülüb deyirdi:
- İki qara yaxşı tapışmısınız.
Bir ittifaqdan sonra Qaraca qızın Qara köpəyə məhəbbəti daha da artmışdı.
Belə ki, bir gün Qaraca qız moruq yığmaq qəsdi ilə cəvərəni görürüb meşəyə
getmişdi. Qara köpək də yanında idi. Meşə Hüseynqulu ağanın mülkündə idi.
Qaraca qız azmaqdan və meşə heyvanlarından qorxmurdu, çünki hər iki halda qara köpəyin onu xilas edə biləcəyini anlayırdı. Meşədə cəvərəni moruq ilə doldurub evə tərəf üz qoydu. Meşənin içindən dəmir yolu gedirdi. Qaraca qız yolu keçdiyi zaman ayağı büdrəyib yıxıldı və moruğu yola töküldü. Bunu yığan vaxt vaqon qatarı göründü. Qaraca qızın başı moruğunu qarışıb qatarın gəlməsindən xəbəri yox idi. O vaxt Qara köpək meşədən yola çıxdı və Qaraca qızı başı aşağı moruğ yığan və qatarı iti gələn görüb ildırım kimi götürüldü və Qaraca qıza elə döş vurdu ki, o da, özü də derəyə uçdular, Qaraca qızm sağ ayağı kola ilişib qanadı. Bunun ağrısından və Qara köpəyin belə hərəkətindən acıqlanıb qışqırdı. Amma başını yuxarı qaldırdıqda vaqon qatarının keçdiyini gördü. Qaraca qız anladı ki, ağıllı köpək onu bu tövr ölümdən qurtarmışdır. Ona görə də dərhal acığı yatdı və Qara köpəyin başını sığallayıb, onu əzizlədi. Sonra yola çıxdı ki, görsün cəvərəsi necə olmuşdur. Gördü ki, ondan ancaq qırılıb yerə tökülmüş çöplər qalmışdır. Qaraca qız ölümdən qurtarmasına çox şad olub, cəvərənin tələf olmasına bir o qədər də yanmadı.

Bu xəbər gedib şəhərə də çatmışdı. Ağca xanım dostu Qaraca qızın ölümdən
xilas olmasına çox şad olub atasına yazdığı məktubun içində bir şahı iriliyində zərli
bir kağız da qoymuşdu ki, bu da mənim tərəfimdən Qara köpəyə bəxşiş olsun.

* * *

Yayın axır günləri idi. Ağca xanımın pansiona girməsinə az qalmışdı. O,
anasından rica etdi ki, bu axır günlərini kəndlərində keçirməyə izin versin.
Pəricahan xanım razı olub dedi:
- Yaxşı, qızım, mən özüm də səninlə bərabər oraya gedəcəyəm ki, bir az rahat
olaq. Yoxsa, burada gəlib-gedənlərin əlindən bir dəqiqə asudə deyiləm. Ancaq
Ağca, şərtim budur ki, o qaraçı qızı ilə tamamilə əlaqəni kəsməlisən. Sən bəy
qızısan, elə rəiyyət qızı ilə oturub-durmaq sənə yaraşmaz. O gün atan şəhərə
gəlmişdi özü tutduğu əməlindən peşiman olmuşdur. O deyirdi ki, mən arvadımın
acığına Ağcanı Qaraca qızla görüşdürürdüm. Yoxsa, qızımın öz qaravaşilə dostluq
etməsinə heç mən də razı deyiləm. Bağın meyvəsi dərildikdən sonra Piri kişini də,
Qaraca qızı da qovacağam.
Bu xəbərdən Ağca xanım qəmgin və pərişan oldu. O, indi kəndə getməsinə şad
deyildi. O idi ki, səhəri günü anası onu yuxudan qaldırdıqda dedi:
- Ana, mən kəndə getmək istəmirəm.
- Nə üçün, dünən sən özün dəmirdinmi? Qalx, tənbəllik etmə. Ağca xanım
istər-istəməz qalxıb geyindi. Pəricahan xanım kəndə gələcəklərini teleqrafla
Hüseynqulu ağaya xəbər verdi.
Qatar stansiyada dayandıqda Ağca xanım pəncərədən atasını görüb çağırdı.
Vaqondan endikdə Ağca xanım Qaraca qızı kənarda durmuş gördü. Pəricahan
xanımın başı şeylərinə qarışmışdı. Nökərlər şeyləri alıb faytona yığırdılar. Ağca
xamm bundan istifadə edərək, gizlincə, Qaraca qızın yanına qaçıb onunla görüşdü.
- Tez ol, get, xanım bizi burada görməsin, yoxsa yenə acığı tutar, - deyə
Qaraca qız Ağca xanımı tələsdirdi.
- Doğru deyirsən, sonra görüşərik, - deyə Ağca xanım ata-anasına yanaşdı
və faytona minib yola düşdülər.
Ağalar qapıya çatdıqda xidmətçilər həyətdə cərgə ilə düzülüb zalım xanımın
qorxusundan tir-tir əsirdilər. Bunların içində Piri kişi də vardı. Pəricahan xanım
Qaraca qızı orada görməyib, qızının ürəyini ondan soyutmaq üçün rişxənd ilə dedi:
- Qızım, bu da dostun Qaraca qızın vəfası, gör səni necə tez yadından
çıxarmış.
Ağca xanım anasının bu tənəsinə səbir edib, sirrin üstünü açmadı. Sabahı günü
Mariya İvanovna da gəlib çıxdı. Ağca xanımın buraya gəlməkdə məqsədi Qaraca
qız ilə gün keçirmək idi. O da mümkün olmadığından çox bikef və qəmgin idi.
* * *
Qaraca qız da qəmgin idi. Komadan çıxmaq istəmirdi. Gün çıxıb qalxmışdı.
Qaraca qız oyanmışdısa da, hələ yerindən qalxmamışdı.
- Qızım, nə çox yatmısan, sən heç belə gecikməzsən, azarlı deyilsən ki, -
deyə Piri kişi soruşdu.
- Yox, baba, azarlı deyiləm, amma durmağa heç könlüm yoxdur.
Piri kişi komanın qapısını açıb dedi:
- Qızım, bax gör nə gözəl günəş çıxmış. Belə havalarda ancaq tənbəllər
yatar.
Qaraca qız qalxıb aram ilə geyinməyə başladı. Sonra əl-üzünü yuyub çay
içməyə məşğul oldu. Çaydan sonra bayıra çıxdı. Həqiqətdə günəş xeyli parlaq idi.
Bağı gəzərkən Qaraca qızın gözünə qarışqa yuvası sataşdı. Bu qarışqaların içində
qanadlıları da vardı. Onlar qalxıb havada uçurdular. Gah bu yuvam, gah da o
yuvanın ağzında qaynaşırdılar. Piri kişi Qaraca qıza yaxınlaşıb dedi:
- Qızım, nəyə baxırsan?
- Qarışqalara baxıram, baba. Bunların içində qanadlıları da var. Baba, bu nə
üçün?
- Qızım, onların qanadları həmişəlik deyildir, onlar töküləcəklər. Bu gün
qarışqaların toy günüdür. Maya tutandan sonra onların dişilərinin qanadı quruyub
düşəcək.
Qaraca qız babasından qarışqa toyu eşitcək, əllərini bir-birinə vıırub şaqqıltı ilə
gülməyə başladı. Piri kişi də ona qoşulub gülməyə başladı.
- Bəli, qızım, qarışqaların toyudur. Get qavalını gətir, çal, onlar da səndən
razı qalsınlar.
Piri babanın bu fikri Qaraca qıza xoş gəldi. O, qaçaraq komaya gedib qavalını
gətirdi. Çalıb, oynamağa başladı. Piri kişi bu işdən şad oldu.
Bu vaxt Ağca xanım mürəbbiyəsilə bağçada oturmuşdu. Mariya İvanovna kitab
oxuyurdu. Ağca xanım da evcik tikirdi. Çiçəkləri dərib onu bəzəyirdi. Bu zaman
onun qulağına Qaraca qızın nəğməsinin səsi gəldi. Onu görmək üçün çəpərin
qırağına gəldi. Ağca xanım, Qaraca qızm çəpərin yanmda oxuduğu mahnını
dinləyərkən, qıvrılıb özünü günəşə veren zəhərli bir ilan atılıb Ağca xanımm çılpaq
qolundan sancdı. Ağca xanım qışqırıb özünü mürəbbiyəsinin üstünə atdı. Bunun
qışqırığına anası və xidmətçilər töküldülər. Mariya İvanovna özünü itirib, Ağca
xanımı bağçada tək qoyub evə su gətirməyə qaçdı. Ağca xanım da qışqıra-qışqıra
onun dalınca yüyürməyə başladı.
- Qızım, qavalını çalma, görək o ağalıqdan gələn səs nədir, - deyə Piri baba
Qaraca qızı dayandırdı.
- Baba, bu səs Pəricahan xanımın səsidir, - deyə Qaraca qız ildırım kimi
götürüldü. Həyətə çatdıqda gördü ki, Ağca xanımın biləyindən qan axır və
Pəricahan xanım da ağlayaraq xidmətçilərə yalvarır:
- Aman, sizə qurban olum. Tezcə bir Ağcanın yarasını sorub, ilanın zəhərini
yerə tökünüz.
Lakin heç kəs bu qorxulu işə cürət edib qədəm qoymurdu.
Qaraca qız Pəricahan xanımdan bunu eşitcək Ağca xanımın qolundan zəhəri
sorub yerə tökməyə başladı. Hamı qorxulu bir halda buna təəccüb edirdi. Pəricahan
xanım Qaraca qızın saçlarını öpərək deyirdi:
- Qaraca qız, mənə rəhmin gəlsin, qızımı ölməyə qoyma.
Qaraca qız isə Pəricahan xanımın naləsinə əsla fikir verməyib öz istəkli dostunu
ölümdən xilas etməyə səy edirdi. Bir azdan sonra Qaraca qız nə qədər sordusa daha
yaradan qan gəlmədi. Ağca xanım ağca xanımı yaradan bir o qədər şikayət etmirdi,
yaradan yuxarı qaytan ilə möhkəm bağlanmış yerdən şikayət edirdi:
- Ana, qaytanı aç, qolumu kəsir.
- Yox, qızım, olmaz. Onda zəhər bədəninə yayılıb səni öldürər. Səbir et, bu
saat şəhərə teleqram vuracağam. Atan həkim gətirsin, - bunu deyərək Pəricahan
xanım bir teleqram yazdı və nökərə verdi ki, aparıb stansiyadan vursun. Ağca
xanımın qolunu bağlayan zaman Piri kişi gəlib çıxdı. Əhvalatdan xəbərdar olub
xeyli iztirab ilə Qaraca qızın üzünə baxdı.
- Baba, gördünmü başımıza nə gəldi? - deyə Pəricahan xanım şikayətləndi.
- Bəli, gördüm. Onu da gördüm ki, öz balanı ölümdən xüas etmək üçün bu
atasız-anasız yetimi bəlaya salmısan, - deyə Piri kişi sərt nəzərlə onun üzünə baxdı.
- Baba, nə deyirsən. Qaraca qıza heç bir şey olmamış.
- Yaxşı bax, xanım.
Bu vaxt Qaraca qız dedi:
- Baba, içərim yanır. Mənə su ver içim.
- Gəl, qızım, gedək. Görüm sənə nə çarə edə bilərəm. Sonra üzünü
xidmətçilərə tutub dedi:
- Cəld gedib mənim komamdan qatıq gətirin, ayran edib qıza içirdim.
- Baba, bu saat - deyə xidmətçilər yüyürüşdülər.
- Baba, sənə yalvarıram, Qaraca qızı aparma. Qoy burada yatsın. Teleqram
vurmuşam, Hüseynqulu ağa şəhərdən həkim gətirəcəkdir. - Bunu deyərək
Pəricahan xanım onun qabağını kəsdi.
- Çəkil, sən indiyə kimi bu qızı ağalığın ətrafında dolanmağa qoymamısan ki,
bəyzadə qızına pis xasiyyətləri təsir edər. İndi də mən onun bu zülm yuvasında
qalmasına razı deyiləm. - Bunu deyərək Piri baba Qaraca qızın əlindən tutub
apardı.

* * *

Piri kişi Qaraca qızı soyundurub rahat etdi. Ona tez-tez ayran verirdi. Lakin
Qaraca qızın dişinin dibi qanadığı üçün yaranı sorduqda zəhər tüpürcəklə onun
qanına yerimişdi. Bununla belə Piri baba Qaraca qızdan ümidini kəsməmişdi.
Lakin öz canını özgə uğrunda fəda etmiş qızcığazın həyatı bitmək üzrə idi.
- Baba, mən ölsəm, məni o bağımızın yanındakı göy təpədə basdırın. Oranı
mən çox sevirəm. Oradan hər yer görünür. Orada hər cür çiçək var.
- Qorxma, qızım, həkim gəlib, sənə dərman verəcək. Sən də sağalacaqsan,
uzun yaşayacaqsan. Mən qoca babanı o dediyin göy təpədə basdıracaqsan.
Hüseynqulu ağa həkim ilə gəlib çıxdı. Həkim Ağca xanıma baxdıqdan sonra
dedi:
- Ağca xanımın heç bir qorxusu yoxdur. İlanın zəhəri bədəninə yayılmamış
ref olunmuş, azacıq hərarəti var. Dərman verərəm yaxşı olar.
Bu xəbərdən ata və ana çox şad oldular. Sonra həkim ilə bərabər Piri babanın
daxmasına getdilər. Qaraca qızın qanla dolmuş gözləri yumulmuşdu. Həkim ona
baxdıqdan sonra dedi:
- Xəstənin halı çox ağırdır, çünki soran zaman zəhəri udmuşdur, o qanına
qarışıb bədəninə yayılmışdır. Sağalması çətindir.
Bu xəbərdən Piri kişi məyus olub dedi:
- Həkim, öz balasını ölümdən xilas etmək üçün başqa bir balanı ölümə
verən qadına nə deyərlər?
- Sus, qoca köpək, mənim qızımı bir qaraçı qızına taymı edirsən, - deyə
Hüseynqulu ağa bağırdı.
Həkim onları sakit edib, gətirdiyi dərmanı Qaraca qıza içirtdi və Piri kişiyə
tapşırdı ki, bundan xəstəyə tez-tez versin.

- Baba, məyus olma. Qız çox sağlamdır. Ümidvaram ki, sağalar, deyə
həkim ağalar ilə bərabər getdi.
Piri baba daxmanın qapısını açıb Qaraca qızın başı tərəfində oturdu. Sonsuz
qoca Qaraca qıza artıq dərəcədə məhəbbət bağlamışdı. Qaraca qız onun əski
komasına yeni bir həyat, yeni bir şölə gətirmişdi. İndi o şölə sönür... Ona da səbəb
tam uşaqlığından zülmünü çəkdiyi ağaları olmuşdu.
Qaraca qız qan ilə dolmuş gözlərini açdı, axır nəfəsində günəşin şəfəqinə bir
müddət baxdı, sonra gülümsündü, gözlərini yenə yumdu. Qaraca qız öldü!..
- Daxmanın bülbülü uçub getdi, - deyə Piri baba göz yaşı tökdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG