Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:52

Süleyman Sani Axundov. Səadət zəhmətdədir


Bir pərdədə, uc şəkil

ƏFRADİ ƏHLİ MƏCLİS

Ş a h z a m a n -şah.
Ş ə m s ə d d i n -vəzir.
C ə m a l ə d d i n -vəkil.
Ş e y x İ b r a h i m -alim.
D u d a n - əcnəbi bir təbib.
M ə n s u r - xidmətçi.
B u l q e y s -kəniz.
C e f e r k i ş i - ixtiyar bir kəndli,
A b d u l l a -dərviş.


BİRİNCİ ŞƏKİL

Səhnə Şahzamanın sarayını göstərir. Şəmsəddin, Cəmaləddin Şeyx
İbrahim məsləhət üçün cəm olublar.

Ş ə m s ə d d i n. Ey məmləkətimizin əyanları! Tam bir aydır ki, cavan şahimiz
bu mərəzi-bidərmana düçar olmuş. Vilayətimizdə bir alim, bir təbib qalmamış ki,
ona müalicə etməmiş ola. Fəqət indiyə kimi bir səmərə verməmiş. İndi əcnəbi
ölkədən Dudan namində bir alim biəvəz, təbibi-binəzir çağırılmış ki, şaha müalicə
etsin. Hərgah bu da bir şey bacarmazsa, ümidimizi ondan üzməliyik.
Dudan məyus bir halda şahın xabıgahından1 cıxıb gəlir.
C ə m a l ə d d i n. Həkim, sizi məyus görürüz, şahın sağlamlığına ümid
yoxmu?
D u d a n. Təbabətdə ümdə şərt mərəzi tapmaqdır, müalicəsi asandır. Mən
Şahzaman həzrətlərinin mərəzin tapmadım. Zahiri və batili əzalələri sağlam, əqli
yerində, huşu özündə. Boylə olan surətdə xörəkdən kəsilməsi nə illətdəndir?
Anlaya bilmirəm.

Mənsur daxil olur.

M ə n s u r. Bir dərviş qibleyi-aləmə müalicə üçün gəlmiş, izin istəyir.
Ş ə m s ə d d i n. De, gəlsin.
Mənsur çıxır.
Ş e y x İ b r a h i m. Zəmanəmizin Ərəstü və Əflatunu hesab olunan Dudan
əfəndilər müalicə etməkdə aciz olduqda bir dərvişmi edəcəkdir?
C ə m a l ə d d i n. Bilmək olmaz, bəlkə dərviş vilayətləri gəzərkən boylə
mərəzə mübtəla olmuş və onun müalicəsin öyrənmiş.
Abdulla daxil olur.
A b d u l l a. Şahzaman həzrətlərinin xəstəliyini eşidib gəlmişəm. İzin var isə baxım.
Ş ə m s ə d d i n. Ağa dərviş, siz burada gözləyin, şah həzrətlərindən izin alım. (İcəri
girir.)
Ş e y x İ b r a h i m. Ağa dərviş, təbibi-binəzir Dudan əfəndi şah həzrətlirinin mərəzini
tapmamış.
D u d a n. Təəccüb birmərəz! Mədəsi sağlam olduğu halda heç bir xörəyi götürməyir.
A b d u l l a. Bəs indiyə kimi təamı nə olmuş?
C ə m a l ə d d i n. Şah həzrətləri xurmadan başqa bir şey yemir.
Ş e y x İ b r a h i m. O da bağçasındakı kənizin zəhmətilə bəsləmiş xurmanı - başqa
xurma ağaclarının barını yeyə bilməyir.
A b d u l l a. Ha, şah həzrətlərinin azarını anlayıram.
Şəmsəddin daxil olur.
Ş ə m s ə d d i n. Qibleyi-aləm cümlənizi hüzuruna dəvət edir.

Gedirlər.

Pərdə


İKİNCİ ŞƏKİL

Şahzamanın xabıgahını göstərir. Şah taxt üstündə uzanmış. Bulqeys, Şəmsəddin,
Şeyx İbrahim və Abdulla.

Ş a h z a m a n. Ağa dərviş, mərəzimdən nə anladın? Söylə.
A b d u l l a. Şah, mərəzinizi tapmışam. Fəqət müalicəsini özünüzə məxfi
söyləyəcəyəm. Əmr ediniz burada kimsə olmasın.
Ş a h z a m a n. Ağa dərvişin xahişinə əməl gətiriniz.
Şəmsəddindən başqa cümləsi cıxır.
Ş ə m s ə d d i n. Qibleyi-aləm, əmrinizdən çıxmağa üzr istəyirəm. Məhz sizi
naməlum dərviş ilə tək qoymağa cürət etmirəm.
A b d u l l a. Şahım, əgər vəzirinizi özünüzə ən müqərrib bir şəxs sanırsınızsa
və mənim sizi bu mərəzdən xilas etmək tədbirimə mane olmazsa, burada qalmasına
razıyam.
Ş a h z a m a n. Ağa dərviş, Şəmsəddin mənim ən müqərrib vəzirlərimdəndir və
sənin tədbirindən çıxmaz, söylə.
A b d u l l a. Şahim, bu mərəzdən xilsa olmaq üçün gərək tam bir il mənim
əmrimə tabe olub müalicəmi əmələ gətirəsiniz. Nə cür ağır təklif etsəm, bitirəsiniz.
Müalicə qəsdilə sizi bir ilin müddətində vilayətimizi seyr etdirəcəyəm. Təyin
etdiyim bir il tamam olduqda sizi sağ və salamat yenə buraya gətirəcəyəm. Əgər bu
şərtimə razısınızsa, dalını söyləyim.
Ş a h z a m a n. Razıyam, söylə.
A b d u l l a. Əcnəbi vilayətə müalicəyə gedirəm – deyə elan edirsiniz və
hökumət işlərini ərkani-dövlətə tapşırmağı əhaliyə məlum edirsiniz. Onu da əlavə
edirəm ki, nərəyə getdiyiniz məxvi qalmalıdır. Bu gecə mənim ilə bərabər təqyirilibas
olub saraydan çıxacağıq. Zəif olmağınıza görə bir kəniz də götürünüz ki, sizə
qulluq etsin.
Ş a h z a m a n. Şəmsəddin, ağa dərvişin tədbirinə nə deyirsiniz?
Ş ə m s ə d d i n. Şahım bir tədbir ki, zati-alilərinizin şəfa tapmağına səbəb ola -
mən nə deyə bilərəm.
Ş a h z a m a n. Onda ərkani-dövləti hüzuruma çağırınız.
Şəmsəddin çıxır.
Ş a h z a m a n. Ağa dərviş, mənim mərəzim nədən əmələ gəlmiş?
A b d u l l a. Şahım, təbiətdən uzaqlaşıb, onun qanunun pozmaqdan. Mənim
müalicəm də sizi ona yavuqlaşdırmaq olacaqdır.
Ş ə m s ə d d i n. Cəmaləddin, Şeyx İbrahim daxil olurlar.
Ş a h z a m a n. Ey ərkani-dövlət! Bu xəstəlikdən xilas olmaq üçün əcnəbi
vilayətə müalicəyə gedirəm. Hökumət işlərini sizlərə tapşırıram. Mən qayıdana
kimi Şəmsəddinin hökmünə tabe olmalısınız və onun itaətində bulunmalısınız. Müalicə bir sənə çəkəcəkdir. Padşahlıq işlərinə diqqətlə baxmağınızı əmr edirəm. İndi mürəxxəssiniz.

Çıxırlar.

Pərdə


ÜÇÜNCÜ ŞƏKİL

Səhnə bağ içində bir kəndli koması göstərir. Pərdə qalxdıqda Şahzaman kəndli libasında odun gətirir.

B u l q e y s. Ah, əzizim, nə bərk tərləmisən? (Dəsmalı ilə onun tərini silir.)
Odun səni yordumu?
Ş a h z a m a n. Yox, əzizim, artıq yorulmamışam, amma çox acmışam. Bir az
su ver içim. Ürəyim yanır.
Bulqeys cürdəyi verir, o da içir.
B u l q e y s. Xörəyi hazır etmişəm, Cəfər babanı gözləməyə dözməyəcəksənsə
ye.
Ş a h z a m a n. Yox, Bulqeys, qoy baba da gəlsin, birlikdə yeyek. Qaydanı
pozma, Sən süfrəni hazır et, ona kimi Cəfər baba da gəlib çıxar. (Bulqeys sufrəni
hazır edir.) Bulqeys, bu gün ağa dərviş təyin etmiş vaxt bitir.
B u l q e y s. Ah! (Əlindən qabı salır.)
Ş a h z a m a n. Niyə təlaş etdin? Məgər bu xəbər səni şad etməyir?
B u l q e y s. Yox, şahim.
Ş a h z a m a n. Nə səbəbə saraya qayıtmağa şad deyilsən?
B u l q e y s. Şahim, qızıl qəfəsə salınmış bir quş halına şadmı olur? Əgər quş
özündən də oxuyursa, öz halından nalə edir. Böylə təbiət içində azadə yaşadığını
yad edib fəğan eləyir.
Ş a h z a m a n. Gözəl bir cavab! Bulqeys bu sualı sənə verməkdə fikrini
bilmək istəyirəm.
B u l q e y s. Bəs sizin fikriniz nədir, şahim?
Ş a h z a m a n. Sən ilə bu gözəl təbiət içində yasamaq!
B u l q e y s. Ah, sevgili Zamanım! Sən mənə yeni bir həyat verdin! (Boynunu
qucaqlayır.) Sən də mənim kimi o qızıl qəfəsə qayıtmaq istəmirsən?!
Ş a h z a m a n. Əvət istəmirəm.
Cəfər kişi dalında bir kisə un daxil olur. Şahzaman kisəni onun dalından alıb yerə qoyur.
Ş a h z a m a n. Baba, niyə mənə demədin gedib gətirəydim. Sən qoca kişi bu
ağır kisəni necə götürdün?
C ə f ə r k i ş i. Oğul, onsuz da sənin yanında xəciləm. Bu sənə mənim işimin
hepsini sən görmüsən. Gör buğdamdan nə ağ un çıxıbdır?
Göstərir.
B u l q e y s. Baba, mən də bu ağ undan yaxşı çörək bişirəcəyəm. Əyləşin,
xörəyi verim, acsınız.
Əyləşirlər nahar yeməyə məşğul olurlar.
C ə f ə r k i ş i. Oğlum Zaman, ağa dərviş çoxdan bəridir bizə qonaq gəlməgyir.
Görəsən bir qəziyyə üz verməyib ki?
Ş a h z a m a n. Baba, ağa derviş bu gün gələcəkdir və özü ilə bir neçə qonaq
gətirəcəkdir. Odur gəlirlər.
Şəmsəddin, Cəmaləddin, Şeyx İbrahim və Abdulla daxil olurlar.
Şahzamana təzim edirlər.
C ə f ə r k i ş i. Buyurunuz, əyleşin, bizim ilə allah verenden yeyiniz.
A b d u l l a. Cəfər baba, bu əşxas sizin xörəyinizə adət etməmişlər. Bunların
yeməkləri başqadır.
C ə f ə r k i ş i. Doğru deyirsiniz. Bu şəxslər çox böyük adamlara oxşayırlar.
Mən fəqir kəndlinin çörəyini bəyənməzlər.
Ş ə m s ə d d i n. Kəndli baba, ən böyük şəxs yanında əyləşibdir.
C ə f ə r k i ş i. Kim? Zamanmı?
Ş ə m s ə d d i n. Bəli.
C ə f ə r k i ş i. Zaman nəçidir?
Ş ə m s ə d d i n. Məmləkətimizin şahı, cümləmizin qibleyi-aləmi.
C ə f ə r k i ş i. Oğlum, bunlar nə söyləyirlər? Sən doğrudanmı şahsan?
Ş a h z a m a n. Baba, bir il bundan irəli mən şah idim. Amma indi yox.
C ə m a l ə d d i n. Qibleyi-aləm, sizi təxtinizdən kim xələl edə bilər?
Ş a h z a m a n. Cəmaləddin, mən özüm etmişəm.
Ş e y x İ b r a h i m. Qibleyi-aləm əgər bizlərdən narazısınız tənbeh ediniz.
Fəqət bu söz ilə bizləri məyus etməyiniz.
Ş ə m s ə d d i n. Qibleyi-aləm, bir sənə bundan əqdəm hökumət işlərini, bu ağır
vəzifəni aciz bəndələrinizə tapşırıb xəstəliyinizi müalicə etmək üçün bura
gəlmişsiniz. Min şükürlər olsun indi sağalmışsınız, buyurunuz gedək. Sahibsiz
qalmış tac-taxtınız, gözəl sarayınız sizi gözləyir. Tam bir sənədir ki, rəiyyətləriniz
yas tutub, üzləri gülməyir. Sizin gəlməyiniz onları nəhayət şad edəcəkdir.
Ş a h z a m a n. Kəs, yalançı vəzir! Rəiyyətimin üzü bir sənə deyil, illər ilə
gülməyir. Bizim zülm və sitəmimizdən müdam göz yaşı tökür. Nə vaxt
soruşmuşam, rəiyyətim nə tövr dolanır? Cavab vermisiniz ki, mərhəmətləriniz
sayəsində şad və xürrəm yaşayıb ömr şərəfinizə duaku vardırlar. Yalan! Mən bu
səyahət ilə rəiyyətimin nə tövr əziyyətlə dolandığını öz gözlərimlə gördüm.
Ziqiymət-libaslarımın qanlı göz yaşı ilə toxunduğunu gördüm. Yediyim ləziz
xörəklərin necə göz yaşı ilə əmələ gəldiyini gördüm. Gümüş və qızıl qapılarımın
nə zəhmət ilə əmələ gəldiyini gördüm, hərəmxanamda işsiz yeyib-içən
kənizlərimin boynundakı mirvarıları dənizlərdən çıxaran zaman yüzlərlə qərq olan
işçiləri gördüm.
Ş ə m s ə d d i n. Qibleyi-aləm! Allah-təala həzrətləri onları zəhmət üçün
yaratmışlar. Sizi də onlara padşahlıq etməyə.
Ş a h z a m a n. Ey mənə çocuq ikən qəsdən öylə yanlış tərbiyə verən ixtiyar
vəzir. Yenə də məni elə çocuq sanırsan? Xeyr, mən səadət yolumu tapdım. Məni
saraya, o zindana, o zülm yuvasına çağırma. Mən bu dəyirmanı min elə saraylara
dəyişməm. Mən öz əlimin zəhmətilə becərdiyim bu bağçanı, bu bostanı sarayın
başqaları zəhməti ilə əmələ gəlmiş cənnət-misal gülüstanına verməm. Bax, bu
sadə, öz zəhmətim məhsulundan təamı oranın (sarayın) növbənöv xörəklərinə
dəyişməm. Şəmsəddin bilmirsən dünyada ən böyük səadət nədir? Zəhmətdə bunu
anlamış Şahzamanı heç bir vəchlə burdan apara bilməz.
Ş e y x İ b r a h i m. Qibleyi-aləmi yoldan çıxardıb sizləri şahsız qoyan bu
dərviş oldu.
Ş a h z a m a n. Bəli, mənə həqiqi səadəti anladan və insanın müqəddəs
vəzifəsini zəhmətlə bildirən ağa dərviş oldu. Siz məni yenə dəvət edirsiniz. Daha
bitdi. Cümləniz azadsınız.

Pərdə

Günün bütün mövzuları

XS
SM
MD
LG