Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:41

9 aya Fukushima-Dayiçi stansiyasının bərpası nəzərdə tutulub


Yaponiyada zəlzələ nəticəsində qəza baş vermiş Fukushima-Dayiçi stansiyasının 9 aya bərpası nəzərdə tutulub.

Bunu atom elektrik stansiyasının operatoru TEPCO şirkəti bəyan edib.
İlk 3 ay ərzində reaktorları soyudan sistem və işlənmiş yanacağın yığışdığı anbar bərpa olunmalıdır.

Növbəti 3-6 ay ərzində isə şüalanmanın tam kəsilməsi nəzərdə tutulur.

Şirkət həmçinin reaktorların yerləşdiyi binanın üzərində müdafiə örtüyü qurmaq fikrindədir.

Martın 11-də Yaponiyada baş vermiş 9 ballıq zəlzələ və sunaminin ardınca zavodda qəza baş verib.

Ətraf rayonlardan əhali evakuasiya olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG