Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:40

Əsirlikdə olan Azərbaycan əsgəri ailəsinə məktub göndərib


8 aydır erməni əsirliyində olan Azərbaycan Ordusunun çavuşu Roman Hüseynov ailəsinə növbəti məktub yazıb.

ANS TV-nin məlumatına görə, faksla göndərilən məktub ötən gün Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyi tərəfindən əsirin anası Natəvan Babayevaya çatdırılıb.

Əsirin anası deyir ki, Roman bir neçə ay əvvəl sinir sisteminin pozulduğunu yazmışdı, amma indi yaxşı olduğunu bildirir.

BQXK əməkdaşları da onun səhhətinin yaxşı olduğunu deyiblər.

Roman Hüseynov 2010-cu il avqustun 27-də əsir düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG