Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:48

Suriyada islahatlar gözlənilir


Suriya prezidenti Bashar Assadın bu gün yeni hökumətə müraciəti gözlənilir.

Adel Safarın rəhbərlik etdiyi yeni hökumətin islahatlara başlayacağı və ilk növbədə ölkədə fövqəladə vəziyyət rejiminin ləğv ediləcəyi gözlənilir.

Hakim Bəəs partiyası 1963-cü ildə hakimiyyətə gəldikdən bu yana ölkədə fövqəladə vəziyyət rejimi mövcuddur.

Dövlət kütləvi informasiya vasitələri cümə günü Homs şəhərində nümayişçilərlə toqquşmada 1 polisin öldüyünü xəbər verirlər.

Martın 15-dən hər cümə günü ölkədə kütləvi etiraz aksiyaları keçirilir.

Hökumət cümə axşamı bu aksiyalar zamanı saxlanılanların hamısını azad edib.
XS
SM
MD
LG