Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:44

Müsabiqəyə 150-dən çox yazar qatılıb!


Keçən ilki müsabiqəmizə təqdim olunmuş 50 seçmə hekayənin daxil edildiyi kitab.
Keçən ilki müsabiqəmizə təqdim olunmuş 50 seçmə hekayənin daxil edildiyi kitab.
Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr edilmiş "Ədəbi Azadlıq-2011" qısa hekayə müsabiqəsinə əsər qəbulu aprelin 15-də başa çatıb.

Müsabiqədə 150-dən çox yazar öz hekayəsi ilə iştirak edir.

Onlar arasında xeyli tanınmış imzalar da var, yeni-yeni yazmağa başlayan tələbələrin hekayələri də.

Müsabiqəyə Rusiya və başqa xarici ölkələrdən də azərbaycanlı yazarlar qatılıb.

İndi münasiflər 2 həftə ərzində müsabiqənin onluğunu müəyyən edəcəklər. Bununla da müsabiqənin birinci mərhələsi bitəcək.

Müsabiqəyə təqdim edilmiş əsərlər münsiflərə İMZASI GÖSTƏRİLMƏDƏN verilib.

Münsiflər biri-digərinin kimliyini sonadək bilməyəcək. Onların hər birinin müəyyən etdiyi onluqdan - balların adi toplanması ilə ümumi bir onluq müəyyən ediləcək.

Həmin 10 əsər Azadlıq Radiosunun "Oxu zalı" ədəbiyyat portalında səsverməyə çıxarılacaq və bu dəfə oxucular öz rəylərini bildirəcəklər.

Son mərhələdə isə münsiflərə oxucuların səsverməsinin nəticələrinə əsasən onluqdakı hekayələrə əlavə ballar vermək təklif ediləcək.

Münsiflərin birinci və üçüncü mərhələdə onluğa düşən yazarlara verdiyi əsas və əlavə ballar adi qaydayla toplanaraq qaliblər müəyyən ediləcək.

Biz müsabiqəmizdə əlbəttə daha çox yazarın iştirakında maraqlıyıq, amma müsabiqənin şərtlərinə uyğun gəlməyən 20-yə yaxın yazarın əsərini təəssüf ki, münsiflər heyətinin üzvlərinə təqdim edə bilmədik.

Bu da həmin hekayələrin bir qisminin əvvəllər İnternetdə çap edilmiş olması, başqa bir qisminin isə müsabiqənin həcm limitindən (9 min işarədən) xeyli artıq olması ilə bağlıdır (bəzilərinin hətta dəfələrlə).

Hekayəsinin həcmi limitdən bir qədər artıq olan yazarlara isə güzəşt olunub və həcmi 10 min işarə civarında olan 30-a yaxın hekayə də müsabiqəyə buraxılıb.

Ötən illə müqayisədə (keçən il müsabiqəyə təxminən 130 yazar qatılmışdı) bu il müsabiqəmizə daha çox yazar iştirak edir.

Müsabiqəyə qatılmış bütün yazarlara uğurlar arzulayırıq və söz veririk ki, onlar bizə inanıb əsərlərini müsabiqəyə göndərdikləri kimi biz də yarışmanın mümkün qədər ədalətli olacağına çalışacağıq.

Baş mükafatının notebook, 2-ci və 3-cü mükafatlarının isə netbook olduğu müsabiqəyə göndərilmiş hekayələrdən 50-si ayrıca kitab halında çap da ediləcək.

Kitaba ilk növbədə onluğa düşən hekayələr, eləcə də münsiflərdən bal alsa da, onluğa keçə bilməyən hekayələr daxil ediləcək.

Həmçinin oxu
Keçən ilki "Ədəbi Azadlıq" müsabiqəsini kimlər qazandı?

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG