Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:13

İlham Əliyev müxalifətin mitinqlə heç nəyə nail olmayacağını deyir


Prezident İlham Əliyev

Prezident İlham Əliyev

Aprelin 15-də Azərbaycanın cənub rayonlarına səfər edən prezident İlham Əliyev keçirdiyi görüşlərdən birində müxalifətin son vaxtlar keçirdiyi etiraz askiyalarından bəhs edib. Prezident müxalifət təmsilçilərinin heç nəyə təsir edə bilməyəcəklərini, onların bəzi hallarda xarici ölkələrdən dəstək aldıqlarını deyib:

- Sadəcə olaraq, vaxtaşırı hansısa ölkədə baş verən bir hadisə bunları da canlandırır, ruhlandırır. Biz bunları 2005-ci ildə də görmüşük. O vaxt MDB məkanında baş vermiş hadisələr bunları da hərəkətə gətirmişdi. O zamanda onlar kiminsə təcrübəsini yamsılamaq istəyirdilər. Narıncı lentləri biz yaxşçı xatırlayırıq.

O cəhdlər iflasa uğradı. Çünki Azərbaycan xalqı onların hərəkətlərini dəstəkləmədi. Bu dəfə də ümumiyyətlə bu məsələ barədə danışmağa heç ehtiyac yoxdur. Azərbaycan dövləti o qədər güclüdür, ictimai sabirlik o qədər möhkəmdir ki, bizim işimizə mane olmaq istəyən, Azərbaycanın uğurlu inkişafına zərbə vurmaq istəyən, bəzi hallarda xarici dairələrdən göstərişlər alan ünsürlərə Azərbaycan xalqı çoxdan “yox” deyib.

İlham Əliyev müxalifəti anti-milli qüvvələr adlandıraraq onların özlərinə ölkədə gedən inkişafa qarşı qoyduqlarını deyib.

Ölkədə siyasi islahatlar, sosial ədalət tələbilə etiraz askiyaları keçirən müxalifətin yeni birliyi olan İctimai Palata isə hökumətin ərəb inqilablarından təşvişə düşdüyünü bildirir.

Müxalifət eyni tələblər növbəti etiraz askiyasını aprelin 17-də keçirmək niyyətindədir.

Bakı şəhər icra hakimiyyəti bu dəfə də onların Bakıda istədikləri yerdə mitinq keçirmələrinə razılaşmayıb. Müxalifət isə ona görə Sahil bağı yaxınlığında aksiya keçirməkdə israrlıdır. Buna görə aksiyanın təşkilatçılarını bu gün Bakı Baş polis idarəsinə çağırılıb, onlara xəbərdarlıq edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG