Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:13

Mitinq komitəsinin üzvlərinə xəbərdarlıq edilib


Aprelin 15-də Bakı şəhər Baş Polis İdarəsinə çağırılan İctimai Palatanın Mitinq Komitəsinin üzvləri Asəf Quliyev, Hüseyn Məlikov, Fikrət CəfərovƏli Orucova xəbərdarlıq edilib.

Mitinq üzvlərinə BŞBPİ- nin rəis müavini Yaşar Əliyev, Bakı şəhər prokurorunun müavini Qənimət Səfərov və prokurorluğun idarə rəisi Arif Pənahov bildirib ki, aksiyanın keçirilməsi üçün ayrılmış yerdən başqa yerdə mitinq keçirilərsə qarşı qətiyyətlə alınacaq. Baş verənlərə görə isə məsuliyyəti təşkilatçılar daşıyacaq.

İctimai Palata aprelin 17-də mitinq keçirməyi planlaşdırır. İP-ya mitinq keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyəti 20-ci yaşayış massivində, sürücülük məktəbinin həyətindəki meydançanı ayrılıb.

Mitinq üzvləri isə öz konstitusion hüquqlarını gerçəkləşdirdiklərini və aksiyanın qarşısı alınan zaman baş verəcəklərin məsuliyyətini hakimiyyətin daşıdığını bildiriblər.
XS
SM
MD
LG