Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:12

Polis hüquq müdafiəçisinə xəbərdarlıq edib


«GEN» MMC tikinti şirkəti tərəfindən aldadılan şikayətçilərin hüquq müdafiəçisinə polis xəbərdarlıq edib. Bildirilib ki, əgər KİV-ə bir də açıqlama versə, onu həbs gözləyə bilər.


Bunun tikinti şirkəti tərəfindən aldadılanların hüquqlarını müdafiə edən Vidadi İsgəndərov deyir.


«Bakı Şəhər Baş Polis İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Etibar Mahmudov mənə xəbərdarlıq yazıb. Xəbərdarlıqda yazılıb ki, guya mən vətəndaşları KİV-də çıxış edərək, aksiyalara çağırıram. Bunların hamısı boş şeylərdir, mən dəfələrlə demişəm ki, bu məsələni siyasiləşdirmək lazım deyil. Buna baxmayaraq faktiki olaraq mənə ittiham elan olunub».


Vidadi İsgəndərov deyir ki, hazırda GEN MMC-nin araşdırması demək olar ki, aparılmır.


İyulun 12-də bir qrup zərərçəkmiş Bakı şəhər Baş Polis İdarəsinin qarşısında piket keçiriblər. Onlar tələb ediblər ki, işin istintaqı şəhər polisindən alınaraq, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin icraatına verilsin.


«GEN» MMC-nin rəhbəri Elbrus Əliyev bu il iyunun 11-də həbs edilib. Onun ifadəsi əsasında şirkətin baş mühasibi Əliyar Abbasov, müavini Nəbi Məmmədov və şirkətin xəzinədarı Həbib Ağayev həbs ediliblər. Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaq) maddəsi ilə ittiham irəli sürülüb və barələrində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Onlar bina tikmək vədi ilə bir qrup paytaxt sakinindən 8 milyon 900 min ABŞ dolları həcmində pul alıblar.


Günün bütün mövzuları

XS
SM
MD
LG