Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:29

Eynulla Fətullayev ABŞ-dan mindən artıq açıqca alıb


«Açıqcalardan birini göndərən uşaq yazıb: «Sən güclü olmalısan, bil ki, biz səninləyik»

«Açıqcalardan birini göndərən uşaq yazıb: «Sən güclü olmalısan, bil ki, biz səninləyik»

«Gündəlik Azərbaycan» və «Realnı Azərbaycan» qəzetlərinin həbsdəki baş redaktoru Eynulla Fətullayev Amerikadan 1000-dən artıq açıqca alıb. Jurnalistin vəkili İsaxan Aşurov deyir ki, bu bir neçə ay əvvəl Fətullayevin «Amnesty International» beynəlxalq hüquq müdafiə təşkilatı tərəfindən vicdan məhbusu elan olunmasından sonra baş verib.


Açıqcalar Nyu-Yorkdan, Pensilvaniya ştatından, Texas, Los-Angels, Vaşinqton şəhərlərindən göndərilib. Açıqcalardan birini göndərən uşaq yazıb ki, «Sən güclü olmalısan, bil ki, biz səninləyik».


İsaxan Aşurov deyir ki, jurnalistə Amerikadan mindən artıq açıqca göndərsələr də, Azərbaycandan bir dənə də olsa açıqca almayıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG