Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:42

Belə istidə işləmək olar?


«Tikintilərdə bu isti havada fəhlələrin işlədiyi müşahidə olunarsa, işi aparanlar məsuliyyətə cəlb olunmayacaq»

«Tikintilərdə bu isti havada fəhlələrin işlədiyi müşahidə olunarsa, işi aparanlar məsuliyyətə cəlb olunmayacaq»

Bakıda nəfəsi kəsilə-kəsilə də olsa, bu isti havada işləmək məcburiyyətində qalan xeyli insan var. Bir neçə gün əvvəl temperatur 40 dərəcəyə yaxınlaşanda xəstəxanalara günvurmayla müraciət edənlər çoxalmışdı. Elə növbəti günlərə də sinoptiklər hərarətin yenidən qalxacağını proqnozlaşdırırlar. Bakı küçələrində söhbətləşdiyim sakinlərsə qızmar havada iş günlərinin qısaldılmamasından şikayətləndilər.


Dövlət Əmək Müfəttişliyində rəis müavini Məhərrəm Məhərov deyir ki, ölkənin Əmək Məcəlləsinə əsasən iş rejimi temperatur 45 dərəcə olanda dayandırılır:


«Temperaturu 45 selsidən çox olan hava şəraitində açıq halda və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır. Günün altında isə 45 dərəcədə işləmək olmaz».


Məhərrəm Məhərov onu da bildirdi ki, əgər bu gün tikintilərdə bu isti havada fəhlələrin işlədiyi müşahidə olunarsa, həmin işi aparanlar məsuliyyətə cəlb olunmurlar. Çünki temperatur 45 dərəcə deyil.


Əməkçilərin hüquqlarını müdafiə liqasının rəhbəri Sahib Məmmədov isə qanunvericilikdə 45 dərəcənin olmasını anormal hesab edir:


«Heç bir elmi əsas olmadan 45 dərəcə temperaturu qoyublar. Dəfələrlə bununla bağlı çıxış eləmişik bizdə tempratur artıq 40-ı keçəndə günvurma qeydə alınırsa, demək bunu nəzərə almalı idilər. Bizim region üçün o temperatur çox halda xarakterik deyil».


Sahib Məmmədov deyir ki, qanunvericilikdə 45 dəqiqə nəzərdə tutulsa belə, işəgötürən müvafiq tədbir görməlidir. Çünki işçini gün vursa və bunun nəticəsində uzun müddətli əmək qabiliyyətini itirsə və ya vəfat etsə işə götürən maddi məsuliyyət daşıyır.


Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli deyir ki, 45 dərəcə isti qeydə alınarsa, qurum dərhal iş rejiminin dayandırılması üçün qərar verərək əhalinin yüksək istilik dərəcəsində işləməsinin qarşısını alacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG