Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:54

ATƏT Minsk Qrupunun həmsədrləri birgə bəyanat verib


Həmsədrlər bəyanatlarında Azərbaycan və Ermənistan prezidentləri arasında iyunun 6-da Sankt-Peterburqda keçirilən görüşdə əldə olunan konstruktiv nailiyyətləri alqışlayıblar. Onlar həmçinin iyunun 27-28-də regiona etdikləri səfərin nəticələrindən razı qaldıqlarını bildiriblər: «Bu son dərəcə mühüm məqamda həmsədrlər bütün tərəfləri həm danışıqlar masasında, həm də bəyanatlarında maksimalist təşəbbüslər səsləndirməkdən çəkinməyə çağırırlar. Həmçinin tərəfləri hərbi ritorika dili ilə danışmamağa çağırırıq, çünki biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzərində çalışırıq».


Həmsədrlər qeyd ediblər ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu mövcud deyil: «Buna görə də hər iki prezidentin Sankt-Peterburq görüşü zamanı ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqların davamı üçün tərəfləri ruhlandırmağa çağırmalarını istəyirik. Biz Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünü gözləyirik ki, münaqişənin həllinin baza prinsipləri üzərində işi davam etdirək».


Günün bütün mövzuları

XS
SM
MD
LG