Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:03

Prokuror Əbu-Cəfərin 15 il müddətinə həbsini istəyib


Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə Əflatun Qasımovun sədrliyi ilə qanunvericilikdə nəzərdə tutulmayan silahlı qrup yaratmaqda ittiham edilən Səudiyyə Ərəbistanı vətəndaşı Əbu Cəfər ləqəbli Nail Əbdül Kərimin və daha 17 nəfərin işi üzrə proses başa çatmaq üzrədir. İstintaq materiallarına əsasən, Əbu-Cəfər «Əl-Qaidə» və «Əl-Cihad» beynəlxalq terror təşkilatları ilə sıx əlaqədə olub.


İyulun 22-də keçirilən iclasda dövlət ittihamçısı məhkəmədən «Əbu-Cəfər» üçün cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15, «Əli Malik» ləqəbli Elçin Əlimirzəyev üçün isə eyni şərtlərlə 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib. Qrupun digər üzvlərinə müxtəlif müddətə həbs cəzası istənilib. Sonra vəkillərin çıxışları başlayıb. Proses qapalı keçir. Növbəti iclas iyulun 25-də saat 11-də keçiriləcək.


2007-ci il noyabrın 6-da Milli Təhlükəsizlik Nazirliyi açıqlama yayaraq, başda Əbu Cəfər olmaqla dini ekstremist qrupun saxlanması üçün noyabrın 2-3-də xüsusi əməliyyat keçirdiyi barədə məlumat yayıb. Turan


Günün bütün mövzuları

XS
SM
MD
LG