Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:42

«Çirkli pulların yuyulmasına qarşı fəaliyyət gücləndirilməlidir»


«Ümid edirik ki, ölkədə beynəlxalq standartlara cavab verən qanunvericilik yaradılacaq»
«Ümid edirik ki, ölkədə beynəlxalq standartlara cavab verən qanunvericilik yaradılacaq»

Amerika inanır ki, Azərbaycan həm terrorçuluğa, həm də çirkli pulların yuyulmasına qarşı fəaliyyətini gücləndirəcək. Bu sözləri Amerika səfiri Enn Ders iyulun 22-də «Azərbaycanda çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə: əldə olunan dərslər və ən yaxşı təcrübələr» adlı seminarda deyib


Səfir Azərbaycan üçün bu problemin xüsusi əhəmiyyət kəsb etdiyini deyib. O, bildirib ki, Azərbaycan Avropa Şurasının maliyyə əməliyyatları üzrə işçi qrupu «Moneywall» a daxil olsa da, indiyəcən maliyyə kəşfiyyatı qurumu yaratmayıb. «Azərbaycana xeyli pul daxil olur. Ölkə 2003-cü ildə Avropa Şurasının çirkli pulların yuyulmasına qarşı konvensiyasını ratifikasiya edib, hazırda onun icrası ilə məşğul olur. AŞ-nın indi bir konvensiyası da var-bu da terrorçuluğa qarşı mübarizə konvensiyasıdır. Azərbaycan hələ ki, bu konvensiyanı ratifikasiyadan keçirtməyib. Azərbaycan «Moneywall»a daxil olan yeganə üzv dövlətlərdir ki, bu vaxta qədər maliyyə kəşfiyyatı qurumu yaratmayıb».


Xanım Ders ümid etdiyini bildirib ki, Azərbaycanda beynəlxalq standartlara cavab verən qanunvericilik yaradılacaq, bu isə həm ölkə iqtisadiyyatının, həm də cəmiyyətin qorunmasına gətirib çıxaracaq:


«Milli Məclis tərəfindən qanunun qəbulunu səbirsizliklə gəzləyirik, ümid edirik ki, beynəlxalq standartlara cavab verən qanunvericilik tez bir zamanda öz əksinin tapacaq. Bu qanun qəbul olunması anti-korrupsiya, terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizəyə öz tövsiyələrini verəcək»


Milli Məclis yaz sessiyasında «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» qanun layihəsini birinci oxunuşdan keçirib.


ABŞ səfiri Enn Ders deyir ki, bu qanun layihəsi bütün elementləri əks etdirmir.


Parlamentin İqtisadi siyasət daimi komissiyasının üzvü Əli Məsimlinin fikrincə, dünya təcrübəsi göstərir ki, çirkli pullar və terrorçuluğun maliyyələşdirilməsi sahəsində qəbul olunan qanun ya işləmir, ya da faydalı iş əmsalı aşağı olur.


Payız sessiyasında baxılacaq qanuna gəlincə Əli Məsimli hesab edir ki, qanunun sahibkarlığa ciddi ziyan vurmaq ehtimalı var: «Bu qanunun maddələri elə qurulmalıdır ki, kölgə iqtisadiyyatı ilə gizli iqtisadiyyat bir-birindən ayrılmalıdır. Əgər belə olmazsa sahibkarlığa, xüsusilə də tikinti bumuna ciddi təsir göstərər. Bu da Azərbaycan iqtisadiyyatında qaş düzəldən yerdə, gözü vurub çıxarar».


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG